Vakansiya! Gəncədə əməliyyat bölməsinində işləmək istəyənlər üçün

Vakansiya! Gəncədə əməliyyat bölməsinində işləmək istəyənlər üçün

 İş təcrübəsi mütləq deyil...

Vəzifə: Əməliyyat bölməsinin mütəxəssisi (Gəncə filialı)
İşə götürən: Qafqaz Lizinq ASC    


“Qafqaz Lizinq” ASC iqtisadiyyatın müxtəlif sahələrin inkişaf etdirilməsi üçün Lizinq xidmətləri təqdim edir. Fəaliyyəti nəticəsində “Qafqaz Lizinq” ASC mikromaliyyə və lizinq sektorunun mühüm iştirakçısına çevrilmişdir. Şirkət 2008-ci ildən etibarən Azərbaycan Lizinq Assosiasiyasının üzvüdür.

Hal-hazırda “Qafqaz Lizinq” ASC Gəncə şəhərində yerləşən filialı üçün Əməliyyat bölməsinin mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir.

Əsas vəzifə və öhdəliklər:

• Lizinq müqavilələrinin şirkətin Daxili qaydalarına uyğun rəsmiləşdirilməsinin yoxlanılması;
• Müştəri haqqında məlumatların və lizinq müqaviləsi şərtlərinin əməliyyat proqramına düzgün daxil edilməsinin yoxlanılması;
• Lizinq müqavilələrində müvafiq imzaların və tələb olunan yerlərdə möhürün mövcudluğunun yoxlanılması;
• Nöqsanların aradan qaldırılmasının tələb və təmin edilməsi;
• Lizinq müqavilələrinin və müqavilə ilə bağlı digər sənədlərin Arxivə təhvil verilməsi;
• Əməliyyat şöbəsi və ya bölməsinin işi ilə bağlı digər işlər.

Tələb olunan keyfiyyətlər:

• İş yeri: Gəncə şəhəri
• Ali təhsil (idarəetmə, maliyyə, biznes və s. iqtisadi sahələr üzrə);
• İş təcrübəsi mütləq deyil, lakin müvafiq sahədə iş təcrübəsi olanlara üstünlük veriləcək;
• Azərbaycan dilində sərbəst danışmaq və yazmaq, (Rus dili arzuolunandır);
• Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Əməliyyat bölməsinin mütəxəssisi, “Gəncə” filialı)  qeyd etməklə göndərmələri xahiş olunur.

CV-lər həmçinin aşağıda göstərilən ünvana təqdim edilə bilər:

Ünvan: Bakı şəh., Binəqədi şossesi 168B
Tel: (99412) 991

“Qafqaz Lizinq” ASC haqqında ətraflı məlumatı www.qafqazleasing.com web səhifəsindən əldə edə bilərsiniz.

Mənbə:jobsearch.az

Yoxlamalar 2013
 Vergilər Nazirliyi (kameral, operativ nəzarəti, səyyar və s.), DSMF, DƏMX, Məşğulluq və s. orqanlarının apardığı yoxlamalar barədə praktiki misal və nümünələr olan kitab dərc olunub... “Monitor Konsaltinq Servis” MMC ilin sonuna doğru oxucularını dah bir gərəkli nəşrlə sevindirməyə qərar verdi. Sərbəst Auditor, "Monitor Konsaltinq" jurnalınını eksperti Altay Cəfərov “Yoxlamalar A-dan Z-yə” kitabı Azərbaycan Respublikasında bu sahədə qələmə alınan ilk kitabdır. Yoxlamalar, istər müstəqillikdən əvvəl, istərsə də sonra müəssisə və təşkilat rəhbərlərinin və mühasiblərin az məlumatlı olduğu mövzulardan biri, bəlkə də birincisidir.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın  istənilən ünvana çatdırılma pulsuzdur.

 

0 Komment

    Şərh yazın

    Xəbərlər