
Vakansiya! Audit çalışmaq istəyən üçün iş təklifi
Əmək haqqı: 1000 AZN-dən 2330 AZN-dək
Vəzifə: Daxili audit idarəsinin kiçik auditoru/baş auditoru
İşə götürən: Xalq Bank
Əmək haqqı: 1000 AZN-dən 2330 AZN-dək
Vəzifə : Kiçik auditor, auditor, aparıcı auditor, böyük auditor, baş auditor
Qeyd : Bank təcrübəsi olan namizədlərə üstünlük veriləcək, bank təcrübəsi olmayan namizədlər əmək haqqı (670 AZN) ödənilməklə stajor götürülə bilər.
İş qrafiki: 09:00 - 18:00/Bazar ertəsi - Cümə
Şəhər: Bakı
Namizədə dair tələblər:
- Ali təhsil (mühasibat uçotu, maliyyə-kredit, audit, hüquq);
- Bank işində təcrübə arzuolunundır ;
- Microsoft Office proqramlarında işləmə bacarığı;
- Azərbaycan dilində səlis, mükəmməl danışıq qabiliyyəti ;
- Hərbi xidməti bitirənlərə və hərbi xidmətdən möhlət hüququ olanlara üstünlük verilir ;
İş üçün lazım olan digər xüsusiyyətlər:
- Mühasibat Uçotunun Beynəlxalq Standartları (MUBS) və Azərbaycan standartları haqqında anlayış və onların tətbiqi təcrübəsi ;
- Beynəlxalq audit standartları (BAS) üzrə üsullar və bank fəaliyyəti haqqında biliklər
- Bank və risklərin idarəolunmasına dair biliklərə malik olmaq;
- Bank əməliyyatlarının bütün aspektləri ilə tanış olmaq;
- Əldə olunan məlumatların qorunmasında və saxlanmasında sayıq olmaq;
- Özünütənqid və müstəqilliyini qorumaq qabiliyyəti;
- Məsuliyyətlilik;
- Dəqiqlik, detallara fikir vermək qabiliyyəti ;
- Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı;
- Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı;
- Hesabatın hazırlanması və yazılması bacarığı ;
- Ölkədaxili ezamiyyət etmək imkanı ;
QEYD: Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.
Əlaqə vasitələri :
E - mail : [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34
Mənbə:jobsearch.az
“Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabı– Əlavə dəyər vergisi ilə bağlı bütün məlumatlar və müxabirləşmələr
Monitor Konsaltinq Servisin eksperti sərbəst Auditor Altay Cəfərovla hazırladığı yeni nəşr olana - “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabının nəşrə hazırlanması prosesində vergi ödəyicilərinin ƏDV ilə bağlı əməliyyatların həyata keçirilməsində qarşılaşdıqları çətinliklər, qanunvericilikdəki boşluqlar və ziddiyyətlər diqqətlə öyrənilib və onların geniş şərhinə əsaslanan sadə açıqlamalarla çıxış yolları göstərilib.
İnanırıq ki, “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabını oxuyandan sonra bu mövzuda sualınız qalmayacaq.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın