
VAkansiya! Almaniya Federativ Respublikasının Səfirliyində işləmək imkanı
İşə götürmə səfirliyin yerli işçilərinə şamil olunan əmək müqaviləsi əsasında həyata keçirilir.
Vəzifə: Mətbuat və siyasət şöbəsinin əməkdaşı
İşə götürən: Almaniya Federativ Respublikasının Səfirliyi
Almaniya Federativ Respublikasının Səfirliyi mətbuat və siyasət şöbəsi üçün 15 mart 2014-cü il tarixindən etibarən əməkdaş axtarır
Almaniya Federatv Respublikasının Bakıdakı Səfirliyinin mətbuat və siyasət şöbəsi 15.03.2014-cü il tarixi üçün əməkdaş axtarışındadır.
İş fəaliyyəti aşağıdakı tapşırıqlardan ibarətdir:
• sosial və siyasi mövzulara dair araşdırmalar
• siyasi analizlərin aparılması
• hökumət, vətəndaş cəmiyyəti və medianın yerli nümayəndələri ilə təmasda olmaq
• səfirliyin öz rəsmi internet səhifəsində və facebookda lazımi səviyyədə təqdim olunmasını təmin etmək
• protokol tapşırıqlar, yazılı və şifahi tərcümə işlərinin görülməsi
• Azərbaycan medialarının müşahidə olunması və dəyərləndirilməsi
Bunun üçün namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:
• bitirilmiş ali təhsil
• siyasi mövzulara maraq və onları anlama qabiliyyəti
• yazılı və şifahi struktur analiz etmə qabiliyyəti
• yeni medialara və internetə qarşı maraq
• ünsiyyət yaratmaq qabiliyyəti
• yazılı və şifahı əla alman dili bilikləri
• ana dili səviyyəsində azərbaycan dili biliklərini
• ingilis və rus dili bilikləri arzuolunandır
Burada gələcəkdə müddətsiz uzadılma perspektivi olan tam ştat iş üçün birillik müddətli müqavilədən söhbət gedir. İşə götürmə səfirliyin yerli işçilərinə şamil olunan əmək müqaviləsi əsasında həyata keçirilir.
Sənədlərinizin (azərbaycan dilində tərcümeyi-hal, alman dilində müraciət məktubu, təhsil haqqında sənədlər) 4 mart 2014 tarixinə qədər səfirliyin aşağıda qeyd olunan e-mail ünvanına göndərilməsindən məmnun olardıq:
[email protected]
Mənbə:jobsearch.az
“Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabı– Əlavə dəyər vergisi ilə bağlı bütün məlumatlar və müxabirləşmələr
Monitor Konsaltinq Servisin eksperti sərbəst Auditor Altay Cəfərovla hazırladığı yeni nəşr olana - “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabının nəşrə hazırlanması prosesində vergi ödəyicilərinin ƏDV ilə bağlı əməliyyatların həyata keçirilməsində qarşılaşdıqları çətinliklər, qanunvericilikdəki boşluqlar və ziddiyyətlər diqqətlə öyrənilib və onların geniş şərhinə əsaslanan sadə açıqlamalarla çıxış yolları göstərilib.
İnanırıq ki, “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabını oxuyandan sonra bu mövzuda sualınız qalmayacaq.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
1 Komment
Elşad 13 May 2022
Ali tehsilliyem, Belarusiya Dövlət Texnalogiya Universitetinin Ekonomika bölməsi-Maliyyə işi və Kredit fakültəsini bitirmişəm
Şərh yazın