Vakansiya! Hüquqşünas işləmək üçün vakansiya elanı

Vakansiya! Hüquqşünas işləmək üçün vakansiya elanı


Azərbaycan dilini mükəmməl bilmək

Kateqoriya: - Hüquqi
Alt kateqoriya: - Hüquqşünas
Qafqaz Lizinq - Baku
06 fevral / 06 mart
Contact Email: [email protected]


“Qafqaz Lizinq” ASC iqtisadiyyatın müxtəlif sahələrin inkişaf etdirilməsi üçün Lizinq xidmətləri təqdim edir. Fəaliyyəti nəticəsində “Qafqaz Lizinq” ASC mikromaliyyə və lizinq sektorunun mühüm iştirakçısına
çevrilmişdir. Şirkət 2008-ci ildən etibarən Azərbaycan Lizinq Assosiasiyasının üzvüdür.
Hal-hazırda “Qafqaz Lizinq” ASC Hüquqşünas vəzifəsinə işçi qəbulu elan edir.

Əsas vəzifə və öhdəliklər:

    Məhkəməyə göndəriləcək sənədlərin Təşkilatın müvafiq struktur bölmələrindən təhvil alınması;
    Məhkəməyə təqdim olunması üçün bütün sənədlərin tam hazır vəziyyətə gətirilməsi;
    Sənədlər hazır olduqdan sonra aidiyyatı üzrə məhkəməyə müraciət olunması;
    Məhkəmə işlərində Təşkilatın təmsil edilməsi;
    Məhkəmə qərarlarının icrasına nəzarət edilməsi;
    Hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;

Tələb olunan keyfiyyətlər:

    Ali hüquq təhsili;
    Azərbaycan dilini mükəmməl bilmək;
    Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;
    Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
    İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;

Əmək haqqı: 400 AZN

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Hüquqşünas) qeyd etməklə göndərmələri xahiş olunur.

CV-lər həmçinin aşağıda göstərilən ünvana təqdim edilə bilər:
Ünvan: Bakı şəh., Binəqədi şossesi 168B
Tel: (99412) 991

“Qafqaz Lizinq” ASC haqqında ətraflı məlumatı www.qafqazleasing.com web səhifəsindən əldə edə bilərsiniz.

Mənbə:azerjobs.com

Yoxlamalar 2013
 Vergilər Nazirliyi (kameral, operativ nəzarəti, səyyar və s.), DSMF, DƏMX, Məşğulluq və s. orqanlarının apardığı yoxlamalar barədə praktiki misal və nümünələr olan kitab dərc olunub... “Monitor Konsaltinq Servis” MMC ilin sonuna doğru oxucularını dah bir gərəkli nəşrlə sevindirməyə qərar verdi. Sərbəst Auditor, "Monitor Konsaltinq" jurnalınını eksperti Altay Cəfərov “Yoxlamalar A-dan Z-yə” kitabı Azərbaycan Respublikasında bu sahədə qələmə alınan ilk kitabdır. Yoxlamalar, istər müstəqillikdən əvvəl, istərsə də sonra müəssisə və təşkilat rəhbərlərinin və mühasiblərin az məlumatlı olduğu mövzulardan biri, bəlkə də birincisidir.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın  istənilən ünvana çatdırılma pulsuzdur.

0 Komment

    Şərh yazın

    Xəbərlər