Hava ilə bağlı bədbin proqnoz

Hava ilə bağlı bədbin proqnoz

Qar örtüyünün hündürlüyü 67 sm-ə çatıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində müşahidə olunmuş faktiki hava ilə məlumat yayıb.


"Qafqazinfo"ya daxil olan məlumatda bildirilir ki, əvvəlcədən xəbər verdiyi kimi ölkə ərzisində anomal soyuq, şaxtalı hava şəraiti davam edib.

Temperatur: Fevralın 3-də temperatur iqlim normasından 8.4 dərəcə aşağı olub. Bakıda və Abşeron yarımadasında minimal temperatur 7, Aran rayonlarında 11, Kiçik Qafqazda 20, Böyük Qafqazda 16, bəzi ərazilərdə 20 dərəcəyədək şaxta, Şahdağda 23, Naxçıvan MR-da 10-17 dərəcə şaxta təşkil edib.


Yağıntı: Fevralın 03-də gün ərzində əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi şərq rayonlarında, axşam və səhər saatlarında isə Bakıda və Abşeron yarımadasında qar (0.0-2.0 mm) yağıb. Düşən yağıntının miqdarı Lerikdə 9.0 mm, Rvarudda (Lerik) 3.0 mm, Biləsuvar, Lənkəran, Astara, Yardımlı, Göytəpədə 0.0-1.0 mm olub.

Qar örtüyünün hündürlüyü: Lənkəran-Astara zonasında 19-67, Kiçik Qafqazda 7-13, Böyük Qafqazda 25, Qazax-Gəncə bölgəsində 2-6, Mərkəzi Aran rayonlarında 3 sm-ə çatıb.

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

 

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın

    Xəbərlər