
Vakansiya! HR işini bilənlər üçün sərfəli iş təklifi
Rus və İngilis dili biliklərinə üstünlük verilir
Vəzifə: İnsan Resursları Xidmətinin Direktoru
İşə götürən: Embawood
İşin təsviri :
• Müəssisənin məqsəd və vəzifələrinə müvafiq insan resursları siyasətinin həyata keçirilməsi
• Maliyyə və qeyri-maliyyə meyarlar əsasında həvəsləndirici mükafatlandırma proqramlarının tərtib edilməsi və həyata keçirilməsi
• Xidməti fəaliyyətin qiymətləndirilməsi
• Korporativ strategiyaların, qaydaların, plan və büdcələrin
hazırlanmasında iştirak etmək
• İnsan Resurslarının inkişafının planlaşdırılması və istiqamətləndirilməsi
• Fəaliyyətin və karyeranın idarə edilməsi üzrə proses və proqramların hazırlanması
• İşçilərin işə cəlb edilməsi, saxlanılması və həvəsləndirilməsi
• İnsan Resursları xidmətinin işinin idarə olunması və ona nəzarət etmək
Tələblər:
• Minimum 5 il əlaqəli iş təcrübəsi
• Yüksək idarəetmə qabiliyyəti
• Əmək qanunvericiliyini bilmək
• MS Office bilikləri
• Mükəmməl Azərbaycan dili
• Rus və İngilis dili biliklərinə üstünlük verilir
Xahiş olunur CV göndərərkən mövzu yerinə “İnsan Resursları Xidmətinin Direktoru” qeyd edib [email protected] ünvanına göndərəsiniz.
Mənbə:jobsearch.az
“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı
Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
--------------------------------------------------------------------------------------------------------------------
0 Komment
Şərh yazın