
Vakansiya! Filial müdiri olmaq istəyənlər üçün ƏLA ŞANS
Rus və ingilis dillərini yaxşı səviyyədə bilməlidir
Vəzifə: Filial Müdiri (Gəncə)
İşə götürən: Azərbaycan Sənaye Bankı
Tələblər:
• Iqtisadiyyat, maliyyə, mühasibat uçotu kimi sahələr üzrə ali təhsilli olmalıdır;
• Bank sahəsində minimum 5 illik iş təcrübəsi (kredit sahəsi və rəhbər/filial müdiri vəzifəsində iş təcrübəsi mütləqdir, filial müdiri kimi Azərbaycan Respublikasının Mərkəzi Bankından müsbət attestasiya vərəqəsi olmalıdır);
• Rus və ingilis dillərini yaxşı səviyyədə bilməlidir;
• Ünsiyyət qurma, komandada işləmək və problemi həll etmə bacarığı;
• Liderlik qabiliyyəti və idarəetmə bacarığı.
Filial müdirinin vəzifə öhdəlikləri:
• Filialdakı satış və əməliyyat işlərini qurmaq və məhsuldar şəkildə istiqamətləndirmək;
• Potensial müştəriləri müəyyən etmək;
• Filialda lazımi planlama və təşkilati işləri reallaşdırmaqla işlərin plana uyğun şəkildə aparılmasını təmin etmək;
• Filialda müştərilərə keyfiyyətli xidmət göstərmək və satışı təşkil etmək;
• Filialın Bankın ümumi strategiya və qaydalarına uyğunluğunu təqib və nəzarət etmək;
• Filialın işçilərinin normal iş şəraitində, səlahiyyətlərinə uyğun şəkildə işləməsini təmin etmək;
• Satış işlərini dəstəkləmək, əməliyyat qrupu ilə sıx əlaqədə olmaq və xidmətin keyfiyyətinə nəzarət etmək.
Vakansiya ilə maraqlanan şəxslərdən mövzu yerinə "ASB Gəncə Filial Müdiri" yazaraq [email protected] ünvanına göndərməsi xahiş olunur.
*Bank haqqında ətraflı məlumatı www.asb.az saytından ala bilərsiniz.
Mənbə:jobsearch.az
“Monitor Konsaltinq” jurnalı – aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal
Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov, Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.
"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.
Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya [email protected] email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.
0 Komment
Şərh yazın