
Vakansiya! Azersun Holdinqə aid olan bankda işləmək şansı
ASB-in qeyd edilən vakansiyada çalışmaq üçün iqtisadiyyat, maliyyə, mühasibat uçotu kimi sahələr üzrə ali təhsilli olmalıdır
Filial Müdiri
Işə götürən:Azersun
Contact Email: [email protected]
Kateqoriya: - Bank işi / Menecment
Alt kateqoriya: - Filialın meneceri / Bank işi
Tələblər:
Iqtisadiyyat, maliyyə, mühasibat uçotu kimi sahələr üzrə ali təhsilli olmalıdır;
Bank sahəsində minimum 5 illik iş təcrübəsi (kredit sahəsi və rəhbər/filial müdiri vəzifəsində iş təcrübəsi mütləqdir, filial müdiri kimi Azərbaycan Respublikasının Mərkəzi Bankından müsbət attestasiya vərəqəsi olmalıdır);
Rus və ingilis dillərini yaxşı səviyyədə bilməlidir;
Ünsiyyət qurma, komandada işləmək və problemi həll etmə bacarığı;
Liderlik qabiliyyəti və idarəetmə bacarığı.
Filial müdirinin vəzifə öhdəlikləri:
Filialdakı satış və əməliyyat işlərini qurmaq və məhsuldar şəkildə istiqamətləndirmək;
Potensial müştəriləri müəyyən etmək;
Filialda lazımi planlama və təşkilati işləri reallaşdırmaqla işlərin plana uyğun şəkildə aparılmasını təmin etmək;
Filialda müştərilərə keyfiyyətli xidmət göstərmək və satışı təşkil etmək;
Filialın Bankın ümumi strategiya və qaydalarına uyğunluğunu təqib və nəzarət etmək;
Filialın işçilərinin normal iş şəraitində, səlahiyyətlərinə uyğun şəkildə işləməsini təmin etmək;
Satış işlərini dəstəkləmək, əməliyyat qrupu ilə sıx əlaqədə olmaq və xidmətin keyfiyyətinə nəzarət etmək.
Vakansiya ilə maraqlanan şəxslərdən mövzu yerinə "ASB Gəncə Filial Müdiri" yazaraq [email protected] ünvanına göndərməsi xahiş olunur.
Bank haqqında ətraflı məlumatı www.asb.az saytından ala bilərsiniz.
Mənbə;azerjobs.com
Yoxlamalar 2013
Vergilər Nazirliyi (kameral, operativ nəzarəti, səyyar və s.), DSMF, DƏMX, Məşğulluq və s. orqanlarının apardığı yoxlamalar barədə praktiki misal və nümünələr olan kitab dərc olunub... “Monitor Konsaltinq Servis” MMC ilin sonuna doğru oxucularını dah bir gərəkli nəşrlə sevindirməyə qərar verdi. Sərbəst Auditor, "Monitor Konsaltinq" jurnalınını eksperti Altay Cəfərov “Yoxlamalar A-dan Z-yə” kitabı Azərbaycan Respublikasında bu sahədə qələmə alınan ilk kitabdır. Yoxlamalar, istər müstəqillikdən əvvəl, istərsə də sonra müəssisə və təşkilat rəhbərlərinin və mühasiblərin az məlumatlı olduğu mövzulardan biri, bəlkə də birincisidir.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın