
Vakansiya! Kredit təşkilatından əməliyyatçı elanı
Ali və natamam ali təhsil, iqtisadi və dəqiq elmlər üzrə təhsili olanlara üstünlük veriləcəkdir
Vəzifə: Əməliyyatçı (Bərdə filialı)
İşə götürən: BOKT İnkişaf üçün Maliyyə MMC
Tələblər:
• Ali və natamam ali təhsil, iqtisadi və dəqiq elmlər üzrə təhsili olanlara üstünlük veriləcəkdir;
• Ünsiyyət yaratmaq bacarığı və komandada işləmək qabiliyyəti;
• Mühasibat və riyazi təhlil üzrə nəzəri bilik və bacarıqlar;
İşçinin görəcəyi əsas işlər:
• Filialın əməliyyat işlərinin təşkili və idarə olunması;
• Kreditlərlə bağlı əməliyyatların dəstəklənməsi;
• Filialın mühasibat işlərinin aparılması
İşçinin təlim və inkişafı:
• Yeni götürülən işçilər təcrübəli işçilərdən təlim alacaq;
• İnkişafa meylli və qabaqcıl işçilər müxtəlif təlim və seminarlara göndəriləcək.
İş müraciətinizi aşağıdakı ünvanlara göndərə bilərsiniz:
“İnkişaf üçün Maliyyə” MMC-nin Bərdə filialı
İsmət Qayıbov küçəsi 18
E-poçt: [email protected]
Faks: (994 12) 492 77 63 (11)
Xüsusi Qeydlər:
1. Ərizələrin (CV-lərin) qəbulu 31 Yanvar 2014-cü il tarixinədək davam edir.
2. Ərizələrdə (CV-lərdə) sizi qane edəcək əmək haqqı məbləğini mütləq qeyd edin.
3. Ərizələri (CV-i) e-poçt ünvanımıza göndərərkən mövzu yerinə müvafiq rayon üzrə "Bərdə filialı əməliyyatçı" yazmağınız xahiş olunur.
Mənbə:jobsearch.az
“Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabı– Əlavə dəyər vergisi ilə bağlı bütün məlumatlar və müxabirləşmələr
Monitor Konsaltinq Servisin eksperti sərbəst Auditor Altay Cəfərovla hazırladığı yeni nəşr olana - “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabının nəşrə hazırlanması prosesində vergi ödəyicilərinin ƏDV ilə bağlı əməliyyatların həyata keçirilməsində qarşılaşdıqları çətinliklər, qanunvericilikdəki boşluqlar və ziddiyyətlər diqqətlə öyrənilib və onların geniş şərhinə əsaslanan sadə açıqlamalarla çıxış yolları göstərilib.
İnanırıq ki, “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabını oxuyandan sonra bu mövzuda sualınız qalmayacaq.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın