
Vakansiya! Bank sektorunda çalışmaq istəyənlər üçün elan
Ali iqtisadi təhsil
Vəzifə: Kredit mütəxəssisi (Bakı və Sumqayıt filialları)
İşə götürən: AGBank
“AGBank” ASC 1992-ci ildə təsis olunub və hazırda Azərbaycanın aparıcı banklarından biridir.
Bankın səhmdarları sırasında iki böyük təşkilat mövcuddur: Beynəlxalq Maliyyə Korporasiyası və “Kazimir İnvestment LTD” Amerika Sərmayə Fondu. Özəl sektora sərmayə yatıran Beynəlxalq Maliyyə Korporasiyası Dünya Bankı Qrupunun təşkilatlarından biridir və 2006-cı ildən etibarən ASC “ AGBank ”-ın 17.5% həcmində səhmlər paketinin sahibidir.
“Kazimir İnvestment LTD” Amerika Sərmaye Fondu 2008-ci ildən etibarən ASC “AGBank”-ın 10% səhmlər paketinə malikdir.
Hazırda, AGBank çox saylı müasir bank xidmətlərini, o cümlədən hesablaşma-kassa xidmətləri, istehlak və biznes kreditləri, korporativ kreditlər, depozitlər, plastik kartlar, pul köçürmələri, sənədli əməliyyatlar, səyahət çekləri və kommersiya çekləri xidmətlərini göstərir.
AGBank həm özünün “Zəngin olmaq haqqınızdır” şüarında, həm konkret fəaliyyət və xidmətlərin əks olunan müştəriyə maksimal fayda prinsipi əsasında onlarla öz münasibətlərini qurur. Ən mühüm məsələlərdən biri müştəri xidmətinin keyfiyyətinin daima yaxşılaşdırılması, göstərilən xidmətlərin çeşidinin genişləndirilməsi və onlara tətbiq olunan şərtlərin optimallaşdırılmasından ibarətdir.
Kredit mütəxəssisi (Bakı və Sumqayıt filialları)
Tələblər:
• Ali iqtisadi təhsil
• Müştərilərlə iş təcrübəsi arzu olunandır
• Microsoft Office proqramlarından istifadə bacarığı
• Ünsiyyətçil
• Operativ
• Təşəbbüskar
• İnandırma qabiliyyəti
• Riyazi biliklər
Vəzifə öhdəlikləri:
• Kreditlər üçün müraciət etmiş ərizəçilərin müraciətlərinə baxılması
• Rəsmiləşmədən irəli gələn sənədlərin tərtibi, kredit ödənişlərinin qəbulu
• Gün ərzində verilmiş kredit dosyelərinin qovluqlara yığılması
• Problemli kredit statusu almış dosyelərin PAİD-nə təhvil verilməsi üçün hazırlanması
• Filialın strategiya, hədəf və prioritetlərinə uyğun olaraq keyfiyyətli kredit portfelinin formalaşdırılması
• İntizamlı və yüksək səviyyədə müştəri xidmətlərinin həyata keçirilməsi
• Bank və Kommersiya sirrinin qorunması
• Təşkil edilmiş təlim və bilikartırma kurslarında və attestasiya imtahanlarında iştirakın təmin olunması
• Tabeçiliyində olduğu rəhbərin əmr və göstərişlərinin yerinə yetirilməsi
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi (anketlərinizi) qeyd olunmuş mail ünvanına [email protected] göndərin. Əlaqəli şəxs - Zaur İzmaylov.
Mövzuda – Kredit mütəxəssisi qeyd etməyiniz xahış olunur.
Biz kimləri axtarırıq?
Davamlı inkişaf bankımızın hər gördüyü işdə xüsusi önəmə malikdir. Hansı iş və ya peşə ilə məşğul olmağınızdan asılı olmayaraq, sizdən bir fərd və eyni zamanda komandanın üzvü kimi spesifik məqsədlərə nail olmağınızı tələb olunacaqdır. Bu, AGBank üçün bütün əməkdaşların razılaşdırılmış birgə biznes məqsədlərinə doğru yönəlməsi deməkdir. Bundan başqa, biz hər kəsin öz işinə görə məsuliyyət daşımasına da diqqət yetiririk. Buna görə də biz, öyrənmək istəyən, işgüzar və əzmli insanlar axtarırıq. Əməkdaşlarımız bizim iş fəaliyyətimizi irəliyə aparan enerjini verəcək və bizə ölkənin ən yüksək keyfiyyətli və aparıcı qlobal standartlara cavab verən bank xidmətlərini göstərməkdə yardımçı olacaqlar.
Biz həm texniki peşəkarlığı, həm də şəxsi keyfiyyətləri ilə digərlərindən fərqlənən liderlər axtarırıq. Hər bir əməkdaşımız gördüyü işin eskpertidir və bacarıqlarını inkişaf etdirmək üçün daim səy göstərir. Həmçinin əməkdaşlarımızın ətrafdakıları ruhlandırmasını və həvəsləndirməsini istəyirik. Bankımızın hər bir təşkilati pilləsində əməkdaşlar müəyyən məsuliyyətlərə malikdirlər – onlar qərarlar qəbul edir və bu qərarların sona qədər yerinə yetirilməsində iştirak edirlər. Biz tərəqqiyə can atan, əzmli və qərarlı şəxsləri axtarırıq. Onların liderliyi ələ alması indi və gələcəkdə fərq yaradacaqdır.
Mənbə;jobsearch.az
“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı
Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın