Vakansiya! AGBank sektorunda çalışmaq istəyənlər üçün elan

Vakansiya! AGBank sektorunda çalışmaq istəyənlər üçün elan

  Universit məzunu və ya qiyabi təhsil alan son kurs tələbəsi

Vəzifə: İR Departamenti (İşə qəbul və İnkişaf üzrə təçrübəçi)
İşə götürən: AGBank 

“AGBank” ASC 1992-ci ildə təsis olunub və hazırda Azərbaycanın aparıcı banklarından biridir.
Bankın səhmdarları sırasında iki böyük təşkilat mövcuddur: Beynəlxalq Maliyyə Korporasiyası və “Kazimir İnvestment LTD” Amerika Sərmayə Fondu. Özəl sektora sərmayə yatıran Beynəlxalq Maliyyə Korporasiyası Dünya Bankı Qrupunun təşkilatlarından biridir və 2006-cı ildən etibarən ASC “ AGBank ”-ın 17.5% həcmində səhmlər paketinin sahibidir.
“Kazimir İnvestment LTD” Amerika Sərmaye Fondu 2008-ci ildən etibarən ASC “AGBank”-ın 10% səhmlər paketinə malikdir.
Hazırda, AGBank çox saylı müasir bank xidmətlərini, o cümlədən hesablaşma-kassa xidmətləri, istehlak və biznes kreditləri, korporativ kreditlər, depozitlər, plastik kartlar, pul köçürmələri, sənədli əməliyyatlar, səyahət çekləri və kommersiya çekləri xidmətlərini göstərir.
AGBank həm özünün “Zəngin olmaq haqqınızdır” şüarında, həm konkret fəaliyyət və xidmətlərin əks olunan müştəriyə maksimal fayda prinsipi əsasında onlarla öz münasibətlərini qurur. Ən mühüm məsələlərdən biri müştəri xidmətinin keyfiyyətinin daima yaxşılaşdırılması, göstərilən xidmətlərin çeşidinin genişləndirilməsi və onlara tətbiq olunan şərtlərin optimallaşdırılmasından ibarətdir.
 
İnsan Resursları Departamenti (İşə qəbul və İnkişaf üzrə təçrübəçi)

Tələblər:

∙    Universit məzunu və ya qiyabi təhsil alan son kurs tələbəsi
∙    Kompyuter bilikləri əla səviyyədə, MS Office proqramlarında sərbəst işləmə bacarığı
∙    Azərbaycan və rus dili bilikləri, ingilis dili (orta səviyyədə)
∙    Məsuliyyətli və diqqətli
∙    Ünsiyyət qurma və yüksək təqdimat bacarığı
∙    Problemləri həll etmə bacarığı
∙    Yaş həddi 20 – 24
∙    Kişi namizədlərə üstünlük verilir
∙    İnsan Resursları sahəsində karyera qurmaq istəyi

Vəzifə öhdəlikləri:

∙    Bakı və bölgələrdə İşə qəbul proseslərində iştirak etmək
∙    Namizəd anketlərinin analizi, ilkin seçim turlarında iştirak etmək
∙    Yeni işçilərin test olunması
∙    Işə qəbul və İnkişaf Şöbə əməkdaşlarına dəstək olmaq

İş şəraiti:

∙    İş yeri  - AGBank-ın mərkəzi ofisi (Bakı Landau 16)
∙    Həftədə 5 iş günü (09:00 – 18:00) fasilə (13:00-14:00)
∙    AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
∙    Mehriban kollektiv və karyera inkişafı imkanları

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi (anketlərinizi) [email protected] emailinə göndərməyiniz xahiş olunur.  Əlaqəli şəxs - Zaur İzmaylov.
Mövzuda – İnsan Resursları (Təcrübəçi) adını qeyd etməyiniz xahış olunur
 
Biz kimləri axtarırıq?

Davamlı inkişaf bankımızın hər gördüyü işdə xüsusi önəmə malikdir. Hansı iş və ya peşə ilə məşğul olmağınızdan asılı olmayaraq,  sizdən bir fərd və eyni zamanda komandanın üzvü kimi spesifik məqsədlərə nail olmağınızı tələb olunacaqdır.  Bu, AGBank üçün bütün əməkdaşların razılaşdırılmış birgə biznes məqsədlərinə doğru yönəlməsi deməkdir. Bundan başqa, biz hər kəsin öz işinə görə məsuliyyət daşımasına da diqqət yetiririk. Buna görə də biz, öyrənmək istəyən, işgüzar və əzmli insanlar axtarırıq. Əməkdaşlarımız bizim iş fəaliyyətimizi irəliyə aparan enerjini verəcək və bizə ölkənin ən yüksək keyfiyyətli və aparıcı qlobal standartlara cavab verən bank xidmətlərini göstərməkdə yardımçı olacaqlar.  

Biz həm texniki peşəkarlığı, həm də şəxsi keyfiyyətləri ilə digərlərindən fərqlənən liderlər axtarırıq. Hər bir əməkdaşımız gördüyü işin eskpertidir və bacarıqlarını inkişaf etdirmək üçün daim səy göstərir. Həmçinin əməkdaşlarımızın ətrafdakıları ruhlandırmasını və həvəsləndirməsini istəyirik. Bankımızın hər bir təşkilati pilləsində əməkdaşlar müəyyən məsuliyyətlərə malikdirlər – onlar qərarlar qəbul edir və bu qərarların sona qədər yerinə yetirilməsində iştirak edirlər. Biz tərəqqiyə can atan, əzmli və qərarlı şəxsləri axtarırıq. Onların liderliyi ələ alması indi və gələcəkdə fərq yaradacaqdır.

Mənbə:jobsearch.az

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

0 Komment

    Şərh yazın

    Xəbərlər