
Vakansiya! Yaradıcı düşüncə tərzinə sahib olanlar üçün
Azersun Holdinqdən sərfəli şərtlərlə iş təklifi
Vəzifə: Brand Manager
İşə götürən: Azersun Holding
Tələblər:
- Marketinq sahəsində ali təhsil və çoxillik iş təcrübəsi;
- Azərbaycan, rus və ingilis dillərini yüksək səvəyyədə bilməli;
- Yaradıcı düşüncə tərzinə sahib olmalıdır.
İş barədə məlumat:
- Marketinq tədqiqatının aparılmasına nəzarət edir;
- Məqsədli auditoriyanın(target group)xüsusiyyətlərini araşdırır, onların satınalma davranışlarını izləyir, yeni istehlakçı sinifi yaradılması istiqamətində təkliflər hazırlayır;
- Bazar payı, satış kanallarındakı penetrasyon, bölgələrdəki satış fərqləri, mediada məhsulun və rəqiblərinin hərəkətləri sahəsində davamlı araşdırmalar aparır;
- Məhsulun qablaşdırılması, reklam, çap materialları, promosyonların hazırlanmasını təmin edir, bunların məhsul strategiyasına və marka bütünlüyünə uyğun şəkildə kontrol edir;
- Reklam(TV, açıq hava, radio, mətbuat) briflərini və POP materialları, satış promosyonları brifini məshul müdiri ilə birlikdə hazırlayır.
Vakansiya ilə maraqlanan əlaqədar şəxslərdən CV-lərini mövzu yerinə "Brand manager" yazaraq [email protected] ünvanına göndərməsi xahiş olunur.
Mənbə:jobsearch.az
“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı
Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın