Vakansiya! İqtisadiyyat, Sosial elmlər, İdarəçilik üzrə Bakalavr dərəcəsi olanlar üçün Sərfəli iş təklifi

Vakansiya! İqtisadiyyat, Sosial elmlər, İdarəçilik üzrə Bakalavr dərəcəsi olanlar üçün Sərfəli iş təklifi

MS Office kompüter proqramından istifadə etmək bacarığı olmalıdır

Vəzifə: Baş İcraçı Direktorun Köməkçisi
İşə götürən: Norm MMC 


NORM MMC Qızıldaş Sement Zavodunun inşasına başlamışdır. Zavod Bakının iqtisadi cəhətdən strateji əhəmiyyətli  zonalarından olan Qaradağ ərazisində yerləşəcəkdir.
Zavodun istehsal həcminin gündə 5000 ton klinker və ildə 2,000,000 ton sement olması ona Şimali Qafqaz və Xəzər Regionunda əhəmiyyətli yer tutmasına şərait yaradır

Tələblər

• İqtisadiyyat, Sosial elmlər, İdarəçilik üzrə Bakalavr dərəcəsi
• Əlaqədar sahə üzrə ən azı 2 il iş təcrübəsi
• Azərbaycan, rus və ingilis dillərini səlis bilmək
• MS Office kompüter proqramından istifadə etmək bacarığı
• Təşkilatçılıq bacarıqları
• Yazılı və şifahi ünsiyyət bacarığı  

Vəzifə və Öhdəliklər:

• Müxtəlif tapşırıqların yerinə yetirilməsi, sənədlərin nəzərdən keçirilməsi, toplanması və məzmunu barədə rəhbərliyə məlumat verilməsi
• Rəhbərin iştirakı ilə toplantıların, görüşlərin və konfransların planlaşdırılması, əlaqələndirilməsi və qrafikinin tərtib olunması
• Suallara cavab olaraq memorandum və məktubların tərtib edilməsi
• Rəhbərin diktə etdiklərinin yazıya köçürülməsi.
• Rəhbərin qonaqlarının və telefon zənglərinin qəbulu
• Prioritetlərin müəyyən edilməsi və təcili xəbərlərin rəhbərliyə çatdırılması
• Daxil olan aylıq hesabatların nəzərdən keçirilməsi və oxunması; ilkin qiymətləndirilməsi, cəmlənməsi və rəhbərliyə təqdim edilməsi
• Rəhbərin imzalayacağı məxfi hesab edilməyən sənədlərin nəzərdən keçirilməsi, redaktə və korrektə edilməsi
• Səfər üçün hazırlıqların görülməsi, marşrutların seçilməsi, səfər planlarının hazırlanması
• Direktorlar şurası üçün aylıq təqdimatların hazırlanması və rəhbərə təqdim olunması
• Tender iclaslarında iştirak etmək, iclasdakı müzakirələri qeydə almaq, iclasların protokollaşdırılması və onların imza ilə təmin olunması.
• Daxil olan məktubların məzmunu ilə tanışlıq, onlar haqda məlumatın rəhbərliyə təqdim olunması və rəhbərin göstərişinə əsasən müvafiq tədbir görülməsi
• Xarici ezamiyyətlər üçün tələb edilən səfər vizalarının alınması, otel reservasiyalarının təşkili
• Rəhbərin təlimatına əsasən digər tapşırıqların yerinə yetirilməsi

Son MüraciətTarixi:10/01/2014

Müraciətlər Ünvanlanmalıdır:

Maraqlanan şəxslər öz CV-lərini [email protected] elektron ünvanına mövzu hissəsində vəzifənin adını qeyd edərək göndərməlidirlər.  
    Mənbə:jobsearch.az

 “Mühasibat uçotu” kitabı – Yeni standartlarların geniş şəkildə izahı

504 səhifəlik, qalın üzlü  “Mühasibat uçotu” kitabında Köhnə və yeni hesablar planının müqayisəsi, mühasibat müxabirləşmələri ilə yanaşı ilkin sənədlərin tərtibi və rəsmiləşdirilməsi qaydaları haqqında məlumat verilib. 1000-dən müxabirləşmədən istifadə olunan kitabda nümünəvi müqavilə formalarına, ilkin sənədlərinin doldurulması haqqında informasiyalara rast gəlmək mümkündür.  

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 25 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur. Hal-hazırda satışı bitib və sentyabr ayından yenidən nəşri planlaşdırır.

0 Komment

    Şərh yazın

    Xəbərlər