
Vakansiya! Kredit təşkilatında mühasib işləmək imkanı
KOLLEKTİVDƏ İŞLƏMƏK qabiliyyəti olmalıdır....
Vəzifə: Mühasib (Mingəçevir)
İşə götürən: KredAqro CJSC
- Ali təhsil olması,
- Bank sisteminde və yaxud geyri bank sisteminde azı 2 il iş stajı və idarəetmə tərcübəsi;
- Kollektivdə işləmək qabiliyyəti,
- Müştərilərlə yüksək nəzakətlə davramaq qabiliyyəti
- MS Office proqramında işləmək bacarığı
- Azerbaycan dili mükəmməl bilməyi Rus ustünlük verilir
- Hesablarda yığılan vəsaitlərin və qayıdışlardan olan qalıqların məbləğinin yoxlanılması, onların müəyyən olunmuş limit məbləğinə çatdığı zaman vaxtında köçürülməsini təmin etmək və vəsaitləri düzgün idarə etmək;
- Emitent banklardan çıxarışların alınması və məlumatların İnformasiya Bazasına daxil edilməsin nəzarət etmək;
- Filial tərəfindən verilmiş kreditlər barədə bütün məlumatların və həyata keçirilən təsərrüfat əməliyyatlarının müvafiq informasiya bazasına düzgün daxil edilməsinə (faiz dərəcələrinin, risk qruplarının, ödəniş qrafikinin, hesabların düzgün açılması, girov öhdəliyinin balans arxası hesaba düzgün daxil edilməsi, müştərilər tərəfindən edilən ödənişlərin sistemdə düzgün əks etdirilməsi) nəzarət etmək və onu təsdiqləmək;
- Kredit ödənişlərinin vaxtında ödənilməsinin yoxlanmasına nəzarət etmək;
- Balans, Mənfəət və Zərərlər, büdcənin istifadəsi haqqında operativ məcmu hesabatları, digər mühasibat və statistik hesabatları tərtib etmək;
- Cari mühasibat uçotu əsasında gündəlik və aylıq mühasibat hesabatlarının hazırlanması;
- Maliyyə və kassa intizamına, inzibati, təsərrüfat və digər xərclərin smetalara uyğun və tələb olunan ilkin sənədlərlə xərclənməsinə ciddi riayət edilməsinə, əskiklərin, debitor borcların və digər itkilərin mühasibat uçotu hesabatlarından silinməsinin qanuniliyinə nəzarət etmək;
E-mail: [email protected]
Mənbə:jobsearch.az
“Mühasibat uçotu” kitabı – Yeni standartlarların geniş şəkildə izahı
504 səhifəlik, qalın üzlü “Mühasibat uçotu” kitabında Köhnə və yeni hesablar planının müqayisəsi, mühasibat müxabirləşmələri ilə yanaşı ilkin sənədlərin tərtibi və rəsmiləşdirilməsi qaydaları haqqında məlumat verilib. 1000-dən müxabirləşmədən istifadə olunan kitabda nümünəvi müqavilə formalarına, ilkin sənədlərinin doldurulması haqqında informasiyalara rast gəlmək mümkündür.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 25 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur. Hal-hazırda satışı bitib və sentyabr ayından yenidən nəşri planlaşdırır.
0 Komment
Şərh yazın