Vakansiya! Kredit təşkilatında işləmək istəyənlər üçün

Vakansiya! Kredit təşkilatında işləmək istəyənlər üçün

İş yeri:  Tovuz,  Gəncə,  Şamaxı, Qax, Səlyan, Ağdaş və Quba

Vəzifə: Kredit şöbəsinin istehlak kreditləri üzrə kiçik mütəxəssis/mütəxəssis
İşə götürən: Embafinans BOKT   

2012-cı ildən fəaliyyətə başlamış “Embafinans” Bank Olmayan Kredit Təşkilatı kimi müştərilərinin xidmətindədir. Şirkət müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı fəaliyyətə hədəflənmişdir. Əsas fəaliyyət istiqaməti istehlak kreditlərinin verilməsi olan BOKT-nın 2013-cü il ərzində 130 kredit məntəqəsinin yaradılması nəzərədə tutulub. Bu istiqamətdə aşağıda qeyd olunan regionlar üzrə “Kredit şöbəsinin istehlak kreditləri üzrə kiçik mütəxəssis/mütəxəssis” vakansiyası elan edilir:

• Tovuz
• Gəncə
• Şamaxı
• Qax
• Səlyan
• Ağdaş
• Quba


Əsas vəzifə və öhdəliklər:

• Müraciət etmiş müştərilərə kredit məhsulları barəsində məlumat vermək
• Daxil olmuş bütün müraciətlərin qeydiyyatını aparmaq
• Müştərilərin ödəmə qabiliyyətinin təhlil etmək
• Kredit üzrə müvafiq sənədləşməni həyata keçirmək
• Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etmək

Tələb olunan keyfiyyətlər və əsas bacarıqlar:

• Ali təhsil (iqtisadiyyat, maliyyə-kredit, biznes, idarəetmə, hüquq və s.)
• İş təcrübəsi – mütəxəssislərə ən azı 1 il
kiçik mütəxəssilərə iş təcrübəsi tələb olunmur (arzuolunandır)
• Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı
• Azərbaycan dilində səlis danışmaq/yazmaq (xarici dil bilikləri olanlara üstünlük verilir)
• Müştərilərlə ünsiyyət qurma və komanda ilə işləmə bacarığı
• Məsuliyyətli,təşəbbüskar,dürüst, dəqiq və etibarlı kimi keyfiyyətlərə malik olmaq
• Cinsi: Kişi
• Yaş həddi: 20-27 yaş
• Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi vəzifəsində) işləyən namizədlərə üstünlük veriləcək
• Hərbi xidməti bitirənlərə və ya hərbi xidmətdən möhlət hüququ olanlara üstünlük verilir

Müracət və seçim qaydaları:

CV (resume) – lər [email protected] ünvanına göndərilməlidir.

Email göndərərkən Mövzu (Subject) qrafasında müraciət olunan vakansiya və region mütləq qeyd olunmalıdır. Əks halda ərizəniz natamam kimi qimətləndiriləcək və baxılmayacaq.

Sənədlərin son qəbul tarixi:

Yalnız ilkin seçilmiş namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə çağırılacaq.
Lütfən qeyd olunan tələblərə cavab verənlər müraciət etsinlər.
Lütfən telefon vasitəsilə müraciət etməyin.

İş qrafiki: 5 gün / saat 10.00-18.00 (şənbə 10.00-15.00)

Əmək haqqı (xalis)

• Mütəxəssislər: 400 AZN+ aylıq bonus*
• Kiçik mütəxəssislər: 300 AZN+aylıq bonus*
*Aylıq bonus verilmiş kreditlərin məbləğinə və portfel qalığına görə hesblanır

Mənbə:jobsearch.az

“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı– Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar

Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir. 

Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67 və 050-265-72-65  saylı telefonla bildirməklərini xahiş edirik..

0 Komment

    Şərh yazın

    Xəbərlər