
Vakansiya! Bankın işçilərinin aylıq əmək haqqının hesablamaq istəyənlər üçün
DəmirBankdan 25 - 35 yaşlarında olan şəxslərə iş təklifi
Maaş 600 - 700 AZN
İşəgötürən DəmirBank
Kateqoriya Maliyyə » Mühasibat
Şəhər Bakı
Yaş 25 - 35
Təhsil Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs Jalə Əhədova
Telefon (012) 149
E-mail [email protected]
İş barədə məlumat
- Bankın işçilərinin avanslarının və aylıq əmək haqqının hesablanması
- Bankın işçilərinə verilən bonus, maddi yardım və digər mükafat və ödənişlərin hesablanması
- Bank işçilərinin məzuniyyət haqlarının, kompensasiyaların, son haqq-hesabların hesablanması və ödənilməsi
- Xəstəlik vərəqələri üzrə ödənişlərin hesablanması
- DSMF-na təqdim edilən hesabatların hazırlanması
- Gəlir vergisi üzrə məlumatların hazırlanması
- Ezamiyyə ödənişlərinin hesablanması
- Digər gündəlik əmək haqqı əməliyyatların yerinə yetirilməsi
- DSMF-na aylıq hesabatın təqdim olunması
- İşçilərin əmək haqqlarından tutulmaları həyata keçirilməsi
- Tələb olunan hesabatların və formaların doldurulmasının təmin edilməsi
Namizədə tələblər
- İqtisadiyyat, maliyyə/mühasibatlıq sahəsində ali təhsil
- Microsoft Office (Word, Excel, Power Point) proqramları ilə sərbəst işləmək bacarığı (SAP proqramında işləməyi bilənlərə üstünlük verilir)
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi
- Mərkəzi Bank və Banklar haqqında qanun, Mülki Məcəllə, Vergi Məcəlləsi, Əmək Məcəlləsini bilmək
- Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq
- Təşəbbüskarlıq, təzyiqə davamlılıq, komandanı həvəsləndirmək kimi qabiliyyətlərə sahib olmaq
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
- Əla ünsiyyət qurma bacarıqlı, yaxşı komanda üzvü, səmimi şəxsiyyət olmaq
- İşçi heyəti ilə işləmək bacarığına malik olmalı
Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını 26 dekabr 2013-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (İnsan Resursları Departamentinin Əmək haqqı şöbəsinə aparıcı mütəxəssis) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq. Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Mənbə:boss.az
“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı
Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın