Vakansiya! Azəriqazbankdan 24-35 yaş aralağında olan şəxslər üçün iş təklifi

Vakansiya! Azəriqazbankdan 24-35 yaş aralağında olan şəxslər üçün iş təklifi

Biz həm texniki peşəkarlığı, həm də şəxsi keyfiyyətləri ilə digərlərindən fərqlənən liderlər axtarırıq.

Vəzifə: Birbaşa satışlar üzrə baş Mütəxəssis
İşə götürən: AGBank ASC    

“AGBank” ASC 1992-ci ildə təsis olunub və hazırda Azərbaycanın aparıcı banklarından biridir.
Bankın səhmdarları sırasında iki böyük təşkilat mövcuddur: Beynəlxalq Maliyyə Korporasiyası və “Kazimir İnvestment LTD” Amerika Sərmayə Fondu. Özəl sektora sərmayə yatıran Beynəlxalq Maliyyə Korporasiyası Dünya Bankı Qrupunun təşkilatlarından biridir və 2006-cı ildən etibarən ASC “ AGBank ”-ın 17.5% həcmində səhmlər paketinin sahibidir.
“Kazimir İnvestment LTD” Amerika Sərmaye Fondu 2008-ci ildən etibarən ASC “AGBank”-ın 10% səhmlər paketinə malikdir.
Hazırda, AGBank çox saylı müasir bank xidmətlərini, o cümlədən hesablaşma-kassa xidmətləri, istehlak və biznes kreditləri, korporativ kreditlər, depozitlər, plastik kartlar, pul köçürmələri, sənədli əməliyyatlar, səyahət çekləri və kommersiya çekləri xidmətlərini göstərir.
AGBank həm özünün “Zəngin olmaq haqqınızdır” şüarında, həm konkret fəaliyyət və xidmətlərin əks olunan müştəriyə maksimal fayda prinsipi əsasında onlarla öz münasibətlərini qurur. Ən mühüm məsələlərdən biri müştəri xidmətinin keyfiyyətinin daima yaxşılaşdırılması, göstərilən xidmətlərin çeşidinin genişləndirilməsi və onlara tətbiq olunan şərtlərin optimallaşdırılmasından ibarətdir.
Sənaye, turizm, telekommunikasiya, nəqliyyat, inşaat, kənd təsərrüfatı, ticarət və xidmət sferasi kimi iqtisadiyyatın müxtəlif sektorlarındakı şirkət və təşkilatlar bankın müştəriləri sırasındadır. Bankın apardığı fəaliyyətin əsas istiqaməti Azərbaycan Respublikasında istehsalat və ticarət sektorların maliyyələşdirilməsidir. Bankın xidmətlərindən minlərlə fərdi müştəri də yararlanır.
Beləliklə, Azərbaycanın aparıcı banklarından biri olaraq, AGBank ölkənin bank sektorunda öz mövqelərini möhkəmləndirir.

Biz kimləri axtarırıq?

Davamlı inkişaf bankımızın hər gördüyü işdə xüsusi önəmə malikdir. Hansı iş və ya peşə ilə məşğul olmağınızdan asılı olmayaraq,  sizdən bir fərd və eyni zamanda komandanın üzvü kimi spesifik məqsədlərə nail olmağınızı tələb olunacaqdır.  Bu, AGBank üçün bütün əməkdaşların razılaşdırılmış birgə biznes məqsədlərinə doğru yönəlməsi deməkdir. Bundan başqa, biz hər kəsin öz işinə görə məsuliyyət daşımasına da diqqət yetiririk. Buna görə də biz, öyrənmək istəyən, işgüzar və əzmli insanlar axtarırıq. Əməkdaşlarımız bizim iş fəaliyyətimizi irəliyə aparan enerjini verəcək və bizə ölkənin ən yüksək keyfiyyətli və aparıcı qlobal standartlara cavab verən bank xidmətlərini göstərməkdə yardımçı olacaqlar.  

Biz həm texniki peşəkarlığı, həm də şəxsi keyfiyyətləri ilə digərlərindən fərqlənən liderlər axtarırıq. Hər bir əməkdaşımız gördüyü işin eskpertidir və bacarıqlarını inkişaf etdirmək üçün daim səy göstərir. Həmçinin əməkdaşlarımızın ətrafdakıları ruhlandırmasını və həvəsləndirməsini istəyirik. Bankımızın hər bir təşkilati pilləsində əməkdaşlar müəyyən məsuliyyətlərə malikdirlər – onlar qərarlar qəbul edir və bu qərarların sona qədər yerinə yetirilməsində iştirak edirlər. Biz tərəqqiyə can atan, əzmli və qərarlı şəxsləri axtarırıq. Onların liderliyi ələ alması indi və gələcəkdə fərq yaradacaqdır.
 
Pərakəndə Satış Kanalları Departamenti – Birbaşa satışlar üzrə baş Mütəxəssis
 
Əsas Tələblər:
 
Ali təhsil (İqtisadi təhsil arzu olunandır)
Satış sahəsində 2-3 il iş təcrübəsi.
Azərbaycan, Rus dillərini sərbəst bilməli, İngilis dili arzu olunandır
Windows XP Office proqramlarını bilməli
İnandırma qabiliyyəti olmalı, ünsiyyətli, cəlb etmə bacarığı, pozitiv və aktiv, təşəbbüskar  və idarəetmə keyfiyyətləri olmalı.  Yüksək təqdimat bacarığı və xoş xarici görünüş.
Sürücülük vəsiqəsi olmalı
Yaş həddi 24-35 arası
 
Vəzifə öhdəlikləri:
 
Müştərilərin cəlb edilməsi, görüşlərin keçirilməsi və yazışmaların aparılması
Müştərilərə bank məhsulları haqqında təqdimatların keçirilməsi
Satış texnikalarının öyrənilməsi və tətbiqi
Müştəri məmnuniyyətini təmin olunması
Bank məhsullarının maksimal şəkildə satışının həyata keçirilməsi
Satış proseslərinin reallaşdırılması
Dövri satış planlarının və hesabatlarının hazırlanması
Rəhbərliyə günlük,aylıq və illik satış hesabatların hazırlaması
Satışların dinamikasının mütamadi təhlilin aparılması
 
İş şəraiti:
 
İş yeri  - AGBank-ın mərkəzin ofisi (Landau 16)
Həftədə 5 iş günü (09:00 – 18:00) fasilə (13:00-14:00)
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
Mehriban kollektiv və karyera inkişafı imkanları
 
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi (anketlərinizi) qeyd olunmuş mail ünvanına [email protected]  (Zaur İzmaylov) göndərin.

Mövzuda - Birbaşa satışlar üzrə baş Mütəxəssis qeyd etməyiniz xahış olunur.

Mənbə:jobsearch.az

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

 

0 Komment

    Şərh yazın

    Xəbərlər