
Vakansiya! Əmək Məcəlləsi və Qanunverciliklə əlaqədar digər normativ-aktlar haqqında bilikləri olan iş təklifi
"Rövşən Oğuz Qrup “-dan İnsan Resursları üzrə mütəxəssis elanı
Vəzifə: İnsan Resursları üzrə mütəxəssis
İşə götürən: Rövşən Oğuz Qrup MMC
Əsas vəzifə-öhdəliklər:
- İnsan Resursları ilə əlaqədar hazırlanan proqrama müvafiq məlumatların daxil edilməsi : (işçilərin əmək kitabçası, klinikadan göndərilən sertifikatlar, şəxsiyyət vəsiqəsi, tibbi və sosial siğorta məlumatları);
- İşçilərin işdə iştirakı cədvəli ilə daimi maraqlanmaq, aparılan qeydiyyatlara əsasən aylıq tabellərin hazırlanması;
- İşçilərin şəxsi işlərində yerləşdirilən sənədlərin (T-2 və digər formaların doldurulması)vaxtında və düzgün toplanması, bununla əlaqədar departament daxili filing prosesinin düzgün təşkil edilməsi;
- Yeni işə qəbul olan işçilərin adaptasiya prosesində qəbul edilmiş prosedurların izlənməsi və bu haqda müvafiq hesabtların doldurulması;
- Qanunvericilik çərçivəsində əmrlərin hazırlanması;
- Lazımi təqdirdə İR Departamenti ilə əlaqədar verilən tapşırıqlardan irəli gələn işlərin görülməsi;
Tələb olunan keyfiyyətlər:
- Qeyd olunan sahədə ən azı 1 (bir) il iş təcrübəsi;
- Əmək Məcəlləsi və Qanunverciliklə əlaqədar digər normativ-aktlar haqqında biliklər;
- Azərbaycan dilində sərbəst danışmaq və yazmaq (Rus və ingilis dillərini bilənlərə üstünlük veriləcək);
- Microsoft Office proqramlarında (Word, Excel, Power Point) işləmək bacarığı;
- Məsuliyyət, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilər sahib olmaq;
- Yaxşı ünsiyyət, və komanda ilə işləmək bacarığı ;
- Bütün görülən işlərə detallı şəkildə yanaşmaq;
Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsinə vəzifənin adını (İnsan Resursları üzrə mütəxəssis) qeyd etməklə göndərmələri xahiş olunur.
CV-lər həmçinin aşağıda qeyd olunan ünvana da təqdim edilə bilər:
Bakı şəhər, Bayıl qəsəbəsi, M.Useynov küçəsi 14
Mənbə:jobsearch.az
“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı
Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın