DSMF-in yeni sədri İqtisad Universtitetinin məzunudur

DSMF-in yeni sədri İqtisad Universtitetinin məzunudur

DSMF-in yeni sədrinin tərcümeyi-halı

Azərbaycan Prezident  iİlham Əliyevin dekabrın 2-də imzaladığı sərəncamlaElman Lütvü oğlu MehdiyevAzərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri təyin olunub.

DSMF-nin İctimaiyyətlə əlaqə sektorundanTrend-ə bildiriblər ki, E.Mehdiyev 1971-ci ildə anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu bitirib. 1994-1996-cı illərdə dövlət vergi xidməti orqanlarında çalışıb.


1996-2003-cü illərdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyində idarə rəisinin müavini vəzifəsində işləyib. 2003-cü ildən Dövlət Sosial Müdafiə Fondunda şöbə müdiri vəzifəsində çalışıb. Azərbaycan Prezidenti İlham Əliyevin 10 iyul 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədrinin müavini təyin edilib və Fondun sədri təyin olunan müddətə kimi həmin vəzifədə çalışıb.

E.Mehdiyev iqtisadi sahədə bir neçə qanunvericilik aktının hazırlanmasında yaxından iştirak edib. Azərbaycan Prezidenti İlham Əliyevin 5 oktyabr 2007-ci il tarixli sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

Evlidir, 2 övladı var.

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

 

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

--------------------------------------------------------------------------------------------------------------------

 

0 Komment

    Şərh yazın

    Xəbərlər