Vakansiya! Tanınmış kredit təşkilatının baş ofisində çalışmaq imkanı

Vakansiya! Tanınmış kredit təşkilatının baş ofisində çalışmaq imkanı

Sizi qane edəcək əmək haqqı məbləğini mütləq qeyd edin....

Vəzifə: Marketinq Meneceri
İşə götürən: İnkişaf üçün Maliyyə MMC  

ƏSAS VƏZİFƏ VƏ MƏSULİYYƏTLƏR:

• Qısamüddətli və uzunmüddətli marketinq planları, marketinq və reklam strategiyaları hazırlayır, həyata keçirir və daima təkmilləşdirir;
• Müvafiq menecment və işçilərlə birlikdə qiymət siyasətini müəyyən edir və nəzərdən keçirir;
• Mövcud bazar, iqtisadiyyat və rəqibləri təhlil etmək üçün menecment və araşdırma komandalarına nəzarət edir;
• Təşkilatın mövcud məhsullarının güclü və zəif tərəflərini müəyyənləşdirir;
• Təşkilatın brendini və ya brendlərini yaradır və idarə edir;
• Yeni və spesifik məhsullar yaradır, onların promosyonunu təşkil edir və satışı dəstəkləyir;
• Hədəf bazar və seqmentlərə dair təhlillər aparır; düzgün satış metodları və kanalları seçir;
• Mövcud marketinq işlərinin və alətlərinin keyfiyyət və səmərəliliyini qiymətləndirir və təkmilləşdirir;
• Müştəri, işçi heyəti və tərəfdaşların ehtiyaclarına cavab verən internet səhifəsinin yaradılmasını idarə edir;
• Müştəri məmnuniyyətini dəstəkləmək üçün biznesin inkişafı və ön ofis işçilərinin müvafiq həll  yolları ilə təmin edilməsinə nail olur;
• Təşkilatın və onun xidmətlərinin rəqabət qabiliyyətini dəstəkləyir;
• Kredit bazarının potensialı və əsas trendlərə dair proqnoz verir.

BİLİK, BARACIQ, TƏCRÜBƏ:

• İqtisadiyyat və ya biznes idarəetməsi və ya menecment sahəsində bakalavr dərəcəsi;
• Marketinq sahəsində ən azı üç (3) il iş təcrübəsi;
• Maliyyə məhsul və xidmətləri üzrə iş təcrübəsi üstünlükdür;
• Mükəmməl Azərbaycan və ingilis dili bilikləri; rus dili biliyi üstünlükdür.

Maraqlanan şəxslər CV-lərini 08 dekabr 2013-cü il tarixədək

[email protected]

elektron ünvana göndərə bilər. Sizi qane edəcək əmək haqqı məbləğini mütləq qeyd edin. CV-inizi göndərərkən mövzu yerinə "Marketinq Meneceri" yazmağı xahiş edirik.

Mənbə;jobsearch.az

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

--------------------------

0 Komment

    Şərh yazın

    Xəbərlər