VAKANSIYA! Alov qüllərində yerləşən oteldən yeni vakansiya

VAKANSIYA! Alov qüllərində yerləşən oteldən yeni vakansiya

Qrafik üzrə planlaşdırılmış iş vaxtının ... 90% ayaqüstə olmalıdır

Işə götürən:  Fairmont Baku
Vəzifə:   Fairmont Gold Attendant
Published / Deadline:     27 ноября / 27 декабря


VƏZİFƏ BORCLARI:

    Ən tələbkar Qonaqlarımızın gözlədiyindən də artıq təəssürat yaratmaq məqsədilə çox səmimi və mehriban bir tərzdə öz xidmətlərini təqdim etmək.
    Şöbələr, restoranlar və bütün xidmətlər da daxil olmaqla, bütün Otel barəsində tam və hərtərəfli biliyə malik olmaq.
    Qonaqların qaldığı müddətdə onlara məxsusi qulluq göstərildiyindən əmin olmaq.
    Qonağın qaldığı müddət ərzində ona yardımçı olmaq və bütün istəklərinin mümkünlüyünü təmin etmək və icrasını izləmək.
    Şöbə daxilində yüksək səviyyədə ünsiyyət və qarşılıqlı razılıq münasibətləri yaratmaq.
    Qonaqların ehtiyaclarından xəbərdar olmaq və gözlənildiyindən də artıq təəssürat yaratmaq.
    Bütün əməliyyatlar sahəsində fəal olmaq.
    Fairmont Gold Təlim Proqramına müvafiq bütün siyasət və prosedurlarından xəbərdar olmaq.
    Şöbə cədvəlinə əsasən, vəzifə punktuallığı ilə bağlı hesabat hazırlamaq.
    Daima Otelin geyim və uniforma qaydalarına riayət etmək.
    Baqajın çatdırılması və sonra toplanması ilə bağlı kömək etmək.
    Fairmont Gold restoranında Qida və İaşə xidmətlərini təqdim etmək və xidmət zamanı yeməklərin təqdim edilməsinə xüsusi diqqət və səliqə ilə yanaşmaq.
    Müvafiq qaydalara əsasən bar içkilərini hazırlamaq və içkilərin məxsusi qaydada süzülməsini təmin etmək.
    Fairmont Gold məxsus saxlama otaqlarının ümumi təmizliyinə və avadanlığının qaydasında olmasına görə məsuliyyət daşımaq.
    Qonaqların şikayətləri, istəkləri və tələbləri barədə Fairmont Gold Menecerinə və ya Fairmont Gold Nəzarətçisinə hesabat vermək.
    Hər hansısa bir qeyri-adi hal və ya istək olduğu zaman Fairmont Gold Menecerinə bu barədə bildirmək.
    Mütəmadi təmizliyə riayət etmək və bütün Mühəndislik Şöbəsinin Fairmont Gold ərazilərində mütəmadi yoxlama nəzarət işlərini keçirməsini təmin etmək.
    Fairmont Gold ilə bağlı bütün tanışlıq proqramlarında, təlimlərdə və iclaslarda iştirak etmək.
    Otel Əməliyyat Programı sahəsində iş təcrübəsi olmaq.
    Növbələr arası qısa görüşlərdə iştirak etmək.
    Qonaqların bütün lyüks ehtitaclarının və istəklərinin həyata keçirilməsində dəstək olmaq.
    Camaşırxana, ütüləmə və çatdıtrılma xidmətlərini kordinasiya etmək.
    Lyüks nömrə ilə bağlı tələblərin qarşılanması ilə bağlı standart prosedurlara müvafiq olaraq hesabat vermək.
    Bütün xidmətlərin və/və ya hədiyyələrin çatdırılmasını təmin etmək.
    Bütün lyüks nömrələrə istənilən jurnal və qəzetlərin gətirilməsini təmin etmək.
    Bütün şüşə və çini qabların, çəngəl-bıçaq dəstlərinin təmiz olmasını, ləkəli olmamasını və standartlara müvafiq şəkildə təqdim edilməsini təmin etmək.
    Standarta müvafiq olaraq, hər hansısa bir içki növünü təklif etmək.
    Həmişə təzə güllərin olmasını və təmiz suda saxlanılmasını təmin etmək.
    Qonaq üçün ehtiyatların standartlara müvafiq şəkildə təmin edilməsindən və  nümayiş etdirilməsindən əmin olmaq.
    Qonaqlara fərdi xidmətlərin təqdim edilməsini təmin etmək (baqajın yığılması və açılması, ayaqqabıların təmizlənməsi, camaşırların toplanması və sonra yuyulub, ütülənib çatdırılması).
    Fairmont Gold qonaqlarına çay, kofe və təmizlik xidmətlərini təqdim etmək.
    Otaqlardan gələn sifarişləri kordinasiya etmək və lazımi şəkildə çatdırılmasını təmin etmək.
    Bütün məxsusi qonaqlarla münasibətlərin qurulmasını təmin etmək, Qonaqların tanınmasını təmin etmək üçün onları tanımaq və onların istəkləri ilə bağlı məlumatları  qeydiyyata salmaq.
    Bütün Qonaqlara davamlı şəkildə lazımi məlumatlarla təmin etmək, köməklik göstərmək və dəstək olmaq.
    Qonaqların əyləncə və digər fəaliyyətlərini kordinasiya etmək, qabaqcadan sifarişlər etmək, lazım gəldikdə kömək üçün Konsyerjə müraciət etmək.
    Axşam xidmətlərində yeniliklər etmək şərtilə, nömrədə qaldığı bütün müddət ərzində bütün marşrutlar üzrə xidmətləri təmin etmək.
    Qonaqların otaqdan ayrılan zaman onlara kömək etmək, Fairmont Gold və Qonaq  arasında ödəniş üçün koordinasiya etmək.
    Qonaqlar otaqdan ayrıldıqdan sonra yaddan çıxıb qalmış əşyaların olub-olmadığını yoxlamaq.
    Otelin restoran xidmətlərini hər bir fürsətdə yüksək səviyyədə təqdim etmək.
    Saxlanılanması lazımlı məmulatların saxlanma qaydaları barədə Fairmont Gold Nəzarətçisi ilə əməkdaşlıq etmək.
    Qəbul Otağı, İnzibati-təsərrüfat işləri Şöbəsi, Parkinq üzrə nümayəndə, Qida və İaşə, Konsyerj və İT Şöbəsi ilə sıx əməkdaşlıq etmək.  
    Bütün Otel, həmçinin bütün Şöbələr, xidmətlər və restoranlar barəsində ətraflı biliyi olmaq.
    Qonaqlarla bağlı şəxsi dosyelərin saxlanılması və yenilənməsini təmin etmək.
    Ehtiyac olduqda fəaliyyət üçün lazımi ehtiyatları sifariş etmək.
    Digər şöbələr ilə qarşılıqlı sıx əməkdaşlıq münasibətləri qurmaq və saxlamaq.
    Səmərəli ola biləcək idarəetmə kurslarına getmək.
    Baş idarə tərəfindən təyin edilmiş digər öhdəlikləri yerinə yetirmək.
    İş ilə bağlı bəzən növbələri dəyişmək ehtiyacı yarandığını və əməkdaşların bir növbədən digərinə keçməli olduqlarını əməkdaşlara izah etmək.
    Fairmont Gold Meneceri tərəfindən təyin edilmiş digər müvafiq işləri yerinə yetirmək.

İXTİSAS TƏLƏBLƏRİ:

    Mükəmməl yazılı və şifahi ünsiyyət qabiliyyətinə malik olmaq.
    Komanda üzvü kimi çalışmağı bacarmaq və şöbələr arasında əməkdaşlıq münasibətlərini qoruyub saxlamaq.
    Dəyişkən bir mühit şəraitində və təzyiq altında işləməyi bacarmaq.
    İngilis, Azərbaycan və Rus dillərində sərbəst ünsiyyət etmək.
    Daima dəyişən mühitdə çoxsaylı tapşırıqları yerinə yetirə bilmək.
    İş saatlarında fəal olmaq, üzərində az nəzarət olmaqla və ya heç bir nəzarət olmadan işləmək bacarığı olmaq.
    Analitik qabiliyyətinə əsaslanaraq, səmərəli qərarlar qəbul etmək və problemləri həll etmək qabiliyyətinə malik olmaq.
    Hər zaman mükəmməl görünməli və davranmalıdır.
    Ali məktəb diplomuna malik olması vacibdir.
    Microsoft Office proqramları və Otel Əməliyyat Proqramları barədə (Micros-Fidelio üstünlük təşkil edir) biliyi olmaq.
    Bənzər xidmət sahəsində minimum iki illik təcrübəsi olmaq.
    Beş ulduzlu oteldə iş təcrübəsi olmaq.
    Qapıçı kimi təlim keçmiş olması çox vacibdir.
    35 kq ağırlıq qaldırmaq iqtidarında olmaq.  
    Gecə saatları, həftə sonları, bayramlar və növbə dəyişmələrini nəzərə almaqla fərqli iş saatlarında işləmək.  
    Qrafik üzrə planlaşdırılmış iş vaxtının 90% ayaqüstə olmaq.

Only Online Applications are accepted. Please APPLY ONLINE:

    Step 1: Visit our career portal at http://www.fairmontcareers.com
    Step 2: Click on the new Search Position link
    Step 3: Use the drop down menus to search by location, job category, position, title or keyword
    Step 4: Select a position and ‘apply online”

Note:
Please be attentive during the “Online Assessment” step of the application. You will be given two options: to complete the Online Assessment right away or to send it to your email account to complete later.  Please ensure that your “pop-ups” are temporarily unblocked (disabled) to allow you to complete the Online Assessment.  Your application will only be complete once your Online Assessment has been completed.

Mənbə:azerjobs.com

“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı– Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar

Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir. 

Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67 və 050-265-72-65  saylı telefonla bildirməklərini xahiş edirik..

--------------------------------------------------------------------------------------------------------------------

0 Komment

    Şərh yazın

    Xəbərlər