
Vakansiya! Fincanın BAŞ OFİSİNDƏ çalışmaq imkanı
Ali təhsil (Maliyyə, mühasibat və ya digər iqtisadi sahə üzrə) olmalıdır
İşəgötürən: FINCA Azerbaijan
Vəzifə: Baş Xəzinədar
İş yeri: Baku
Contact Email: [email protected]
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Baş Ofisi üçün Yardımçı Baş Xəzinədar vəzifəsinə işçi axtarışı elan edir. Yardımçı Baş Xəzinədar "FINCA Azerbaijan"-ın Baş Ofisi daxil olmaqla bütün filiallarında aparılan kassa əməliyyatlarına nəzarət edilməsində Baş Xəzinədara köməklik edəcək. Baş Xəzinədar ilə birlikdə işləyərək Yardımçı Baş Xəzinədar "FINCA Azerbaijan"-ın bütün Xəzinədarlarına rəhbərlik edəcək ve kassa əməliyyatları ilə bağlı mövcud siyasət, prosedur və daxili nəzarət sistemi yaradacaq/təkmilləşdirəcək/möhkəmləndirəcəkdir.
“FINCA Azerbaijan” Azərbaycan üzrə 140,000 nəfərdən çox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır.
Yalnız aşağıdakı şərtlərə uyğun gələn işçilər ərizə ilə müraciət edə bilərlər:
Ali təhsil (Maliyyə, mühasibat və ya digər iqtisadi sahə üzrə);
MS Office proqramları üzrə yüksək bacarıqlar;
İdarəetmə, yaxşı analitik bacarıqları;
Ünsiyyət qurma, işgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
İngilis dilini və/ və ya Rus dilini səlis bilənlərə üstünlük verilir;
Müvafiq sahədə iş təcrübəsi olanlara üstünlük verilir;
Ölkədaxili tez-tez səfərlər etmək imkanı.
“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, xahiş edirik, öz tərcümeyi-halınızı (CV) 24 Noyabr 2013-cü il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№649/13) qeyd etməklə göndərə bilərsiniz.
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!
Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:
Ünvan: Bakı şəh., C.Cabbarlı küçəsi 44, Caspian Plaza III, 8-ci mərtəbə
Telefon: (012) 496 33 84/85/86/87
“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.
Mənbə:azerjobs.com
“Mühasibat uçotu” kitabı – Yeni standartlarların geniş şəkildə izahı
504 səhifəlik, qalın üzlü “Mühasibat uçotu” kitabında Köhnə və yeni hesablar planının müqayisəsi, mühasibat müxabirləşmələri ilə yanaşı ilkin sənədlərin tərtibi və rəsmiləşdirilməsi qaydaları haqqında məlumat verilib. 1000-dən müxabirləşmədən istifadə olunan kitabda nümünəvi müqavilə formalarına, ilkin sənədlərinin doldurulması haqqında informasiyalara rast gəlmək mümkündür.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 25 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur. Hal-hazırda satışı bitib və sentyabr ayından yenidən nəşri planlaşdırır.
0 Komment
Şərh yazın