Vakansiya! FİNCA-dan region filial üçün iş elanı

Vakansiya! FİNCA-dan region filial üçün iş elanı

Ali və ya texniki təhsilli şəxslər müraciət edə bilərlər
İşəgötürən: FINCA Azerbaijan
Vəzifə:     Kredit Verilməsi üzrə Nəzarətçi
İş yeri:     Qusar
Contact Email:     [email protected]


“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Quba filialının Qusar ofisi üçün Kredit Verilməsi üzrə Nəzarətçi vəzifəsinə işçi axtarışı elan edir. Kredit Verilməsi üzrə Nəzarətçi kommersiya bank partnyorları tərəfindən həyata keçirilən  kredit verilməsinə nəzarət üçün məsul olacaq. “FINCA Azerbaijan” Azərbaycan üzrə 140,000 nəfərdən çox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır.

Kredit Verilməsi üzrə Nəzarətçi vəzifəsi üçün tələb olunanlar:

    Ali və ya texniki təhsil;
    İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
    Kompüter bilikləri (elementar səviyyədə);
    Sadə riyazi və məntiqi biliklər;
    Azərbaycan dilində sərbəst danışmaq və yazmaq;
    Detallara diqqət yetirmə və yaxşı ünsiyyət qurmaq bacarığı:
    Gərgin hallarda sərbəst qərar vermək qabiliyyəti;
    Komanda ilə işləmək bacarığı.

“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 28 Noyabr 2013-cü il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№646/13) qeyd etməklə göndərə bilərsiniz.
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvanlara təqdim edə bilərsiniz:
Ünvan:
Quba şəhəri, H.Əliyev pros., 22; Telefon: (055) 455 25 65
Qusar şəhəri, N.Şərifov küçəsi Tel: 0233 85 53 53

“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz

Mənbə:azerjobs.com

 “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabı– Əlavə dəyər vergisi ilə bağlı bütün məlumatlar və müxabirləşmələr

Monitor Konsaltinq Servisin eksperti sərbəst Auditor Altay Cəfərovla hazırladığı yeni nəşr olana - “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabının nəşrə hazırlanması prosesində vergi ödəyicilərinin ƏDV ilə bağlı əməliyyatların həyata keçirilməsində qarşılaşdıqları çətinliklər, qanunvericilikdəki boşluqlar və ziddiyyətlər diqqətlə öyrənilib və onların geniş şərhinə əsaslanan sadə açıqlamalarla çıxış yolları göstərilib. 

İnanırıq ki, “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabını oxuyandan sonra bu mövzuda sualınız qalmayacaq.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

0 Komment

    Şərh yazın

    Xəbərlər