
Vakansiya! AGBank sektorunda çalışmaq istəyənlər üçün elan
Microsoft Office proqramlarından istifadə bacarığı olmalıdır...
Vəzifə: Gəncə filialına biznes kreditləri üzrə mütəxəssis
İşəgötürən: AG Bank
Tələblər:
• Ali təhsil
• Bank sahəsində iş təcrübəsi arzu olunandır
• Microsoft Office proqramlarından istifadə bacarığı
• Azərbaycan və Rus dilləri bilikləri
• Analitik düşüncə bacarığı
• Ünsiyyət qurma bacarığı
Vəzifə öhdəlikləri:
• Müştərilərin cəlb olunması
• Müştəri ilə ilkin tanışlıq və müştəri haqda məlumatın Bankın proqramına daxil edilməsi
• MKR-dən hesabatın əldə edilməsi
• Biznes kreditlərinin hərtərəfli təhlil edilməsi
• Excel proqramında maliyyə təhlili hesabatlarının və memorandum formasının hazırlanması
• Müştəri haqda məlumatın scoring proqramına daxil edilməsi
• Gündəlik olaraq kredit ödənişlərinə nəzarət olunması
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi (anketinizi) [email protected] elektron ünvanına göndərin.
Mövzuda – vakansiyanın adını qeyd etməyiniz xahış olunur.
Mənbə:jobsearch.az
“Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabı– Əlavə dəyər vergisi ilə bağlı bütün məlumatlar və müxabirləşmələr
Monitor Konsaltinq Servisin eksperti sərbəst Auditor Altay Cəfərovla hazırladığı yeni nəşr olana - “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabının nəşrə hazırlanması prosesində vergi ödəyicilərinin ƏDV ilə bağlı əməliyyatların həyata keçirilməsində qarşılaşdıqları çətinliklər, qanunvericilikdəki boşluqlar və ziddiyyətlər diqqətlə öyrənilib və onların geniş şərhinə əsaslanan sadə açıqlamalarla çıxış yolları göstərilib.
İnanırıq ki, “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabını oxuyandan sonra bu mövzuda sualınız qalmayacaq.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın