
Tanınmış şirkətdən mühasibatlıqla bağlı vakansiya
Microsoft Excel üzrə bacarıqları olmalıdır
Vəzifə: Inventarizasiya Mühasibi
İşə götürən: Norm MMC
Tələblər
- Maliyyə /Mühasibatlıq üzrə bakalavr dərəcəsi
- İnventarizasiya mühasibatlığı üzrə ən azı iki il iş təcrübəsi
- Microsoft Excel üzrə bacarıqlar
- İstehsalata meylli və istehsal müəssisəsində fəaliyyət göstərmək bacarığı
- MRP və inventarizasiya-nəzarət sisteminin təfərrüatları ilə tanışlıq, istehsal prosesi üzrə biliklər
- Analitik düşünmək və problemləri həll etmək bacarığı
- Təşəbbüskarlıq, fəallıq, öyrənməyə meyl və gərgin iş şəraitində işləmək bacarığı
- Hər hansı əlaqəli peşəkar bacarıqlara üstünlük verilir
Vəzifə və Öhdəliklər:
- Anbarın mal-material ilə müvafiq qaydada təmin olunmasına dəstək
- Mal-materialların hər həftə və hər ay yoxlanması, fərqlərin qeydiyyatının aparılması
- Mal-materialların ERP sistemi – SAP üzrə düzgün qeydiyyata salınmasına nəzarət
- İnventarizasiyasiya sətlərinin və prosedurlarının bərqərar və tətbiq olunmasına dəstək
- Müvafiq şöbələr üçün günlük, həftəlik, aylıq ehtiyat və istehlak hesabatlarının hazırlanması
- İnventarizasiyanın düzgün qeydiyyatının təmin edilməsi üçün istehsal və təchizat şöbələrilə əməkdaşlıq
- Məhsulların qiymətlərində maya dəyərinin və anbar xərclərinin nəzərə alınmasını təmin etmək üçün mühasibatlıqla əməkdaşlıq
- Mal-materialların SAP sisteminə düzgün daxil edilməsinə nəzarət
- Anbardakı mal-materialların Capex və ya Opex qiymət mərkəzlərində düzgün təsnifatını təmin etmək üçün digər şöbələrlə əməkdaşlıq
- Satınalmalarla bağlı PR, PO və müqavilələr kimi sənədlərin yerində olmasını və SAP sisteminə daxil edilməsinin təmin olunması
- Müştərilərə göndərilən hazır məhsulların müştərilərə ünvanlanan hesab-fakturalarla uyğunluğunun təmin edilməsi
- Mal-materialların sıradan çıxması, zədələnməsi və köhnəlməsinin qarşısını almaq üçün anbar işçilərilə əməkdaşlıq
- Köhnəlmiş/gərəksiz mal-materialların nəzərdən keçirilməsi və anbardan çıxarılması
- Lazım gələrsə Maliyyə şöbəsindəki digər bölmələrə tapşırıqların yerinə yetirilməsində dəstək
Son Müraciət Tarixi: 30.11.2013
Müraciətlər Ünvanlanmalıdır:
Maraqlanan şəxslər öz CV-lərini [email protected] elektron ünvanına mövzu hissəsində vəzifənin adını qeyd edərək göndərməlidirlər.
Mənbə:jobsearch.az
“Mühasibat uçotu” kitabı – Yeni standartlarların geniş şəkildə izahı
504 səhifəlik, qalın üzlü “Mühasibat uçotu” kitabında Köhnə və yeni hesablar planının müqayisəsi, mühasibat müxabirləşmələri ilə yanaşı ilkin sənədlərin tərtibi və rəsmiləşdirilməsi qaydaları haqqında məlumat verilib. 1000-dən müxabirləşmədən istifadə olunan kitabda nümünəvi müqavilə formalarına, ilkin sənədlərinin doldurulması haqqında informasiyalara rast gəlmək mümkündür.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 25 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur. Hal-hazırda satışı bitib və sentyabr ayından yenidən nəşri planlaşdırır.
0 Komment
Şərh yazın