Vakansiya! Alman şirkətində çalışmaq istəyənlər üçün

Vakansiya! Alman şirkətində çalışmaq istəyənlər üçün

TƏCİLİ!!! Alman-Azərbaycan Xarici Ticarət Palatası üçün inzibatı işlər üzrə köməkçi lazımdır

Vəzifə:İnzibatı işlər üzrə köməkçi / katibə
İşə götürən:Alman-Azərbaycan Xarici Ticarət Palatası


Şirkətin təsviri:
Alman-Azərbaycan Xarici Ticarət Palatası Almaniya İqtisadiyyatının Azərbaycandakı rəsmi nümayəndəliyidir. Öz fəaliyyətimiz çərçivəsində biz Almaniya və Azərbaycan şirkətlərinə dəstək verir və il ərzində müxtəlif şəbəkədaxili tədbirlər təşkil edirik. Bizim gənc, motivasiyalı
komandamıza dəstək üçün inzibatı işlər üzrə köməkçi / katibə vəzifəsinə təcili işçi tələb olunur.

Əsas vəzifə və öhdəlikləri:
‐ Büro işlərinin yerinə yetirilməsi (yazışmalar, səfərlərin təşkil edilməsi, tərcümə işləri və s.)
‐ Rəhbərlik tərəfindən təşkil olunan görüşlərin və iclasların hazırlanması
‐ Məktubların daxil olması və paylanması: daxil olan yazışmaların qəbul edilməsi (məktubların yazılması, göndərilməsi, faks və e-maillərin göndərilməsi), sistemləşdirmə, məktubların qeydiyyata alınması, rəhbərliyə verilməsi, sonra palatanın işçilərinə paylanması, daxil olan sorğuların cavablandırılması
‐ Məktubların göndərilməsi: məktubların qeydiyyata alınması
‐ Daxil olan telefon zənglərinin qəbul edilməsi və ötürülməsi
‐ Sənədlərin arxivləşdirilməsi, yeni qovluqların hazırlanması
‐ Ofis ləvazimatlarının sifarişi
‐ Palata tərəfindən təşkil olunan tədbirlərdə iştirak və dəstək
‐ Qonaqların qarşılanması və müşayiət olunması.

Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

‐ Ali təhsil
‐ Azərbaycan dilində yazılı və şifahi mükəmməl dil biliyi
‐ Alman dilində yazılı və şifahi dil biliyi
‐ Rus və inglis dillərini bilənlərə üstünlük verilir
‐ MS Office proqramları ilə işləmək bacarığı
‐ Təşkilatçılıq, dəqiqlik və komandada işləmək bacarığı, yaxşı kommunikasiya bacarığı, çeviklik.

Müraciət etmək üçün Sizdən tərcümeyi halınızı müraciət məktubu ilə birlikdə
[email protected]
elektron ünvanına 30.11.2013-cü il tarixinədək "inzibatı işlər üzrə köməkçi / katibə" sözünü qeyd etməklə göndərməyiniz xahiş olunur.

Mənbə:jobsearch.az

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

0 Komment

    Şərh yazın

    Xəbərlər