Vakansiya! Şirkətlər qrupundan xəzinadarlıqla bağlı iş təklifi

Vakansiya! Şirkətlər qrupundan xəzinadarlıqla bağlı iş təklifi

 Kassa və bank hesablarındakı dövriyyə hesabatlarını hazırlayacaq

Vəzifə: Xəzinədarlıq şöbəsinin Rəhbəri
İşə götürən: SƏBA şirkətlər qrupu


Əsas vəzifələr:

• Kassa və bank hesablarındakı dövriyyə hesabatları hazırlamaq;
• Mühasibatlıqdan alınmış cədvəl və sənədlər əsasında yerli və xarici kontragentlərə ödənişləri etmək;
• Bank və kassa əməliyyatlarının cash flow məqsədləri üçün 1C-də düzgün təsnifləşdirilməsini yoxlamaq;
• Şirkətlərin nağd vəsait axınının planlaması və gözlənilən vəsait çatışmazlığı barədə tədbirlər görmək;
• Şirkətlərdə bank və kassa qalıqlarının təhlilini aparmaq və likvidliyə nəzarət etmək;
• Şirkətlərarası qarşılıqlı hesablaşmalara nəzarət etmək və Rəhbərliyə təqdim etmək;
• Xəzinədarlıqla bağlı meydana çıxa biləcək risklər və onların mümkün həlli yolları barədə təkliflər vermək.

Əsas tələblər:

• Ali təhsil;
• Mühasibatlıqda və xəzinə idarəedilməsində ən azı 3 il iş təcrübəsi;
• Xəzinədarlıq işinin aparılmasına dair Azərbaycan Respublikasının bütün qanun və hüquqi normativlərindən məlumatlı olmaq;
• Azərbaycan və rus dillərində səlis danışmaq bacarığına malik olmaq. İngilis dilini bilmək əlavə üstünlük verir;
• MS Office və 1C 7.7 proqramlarında işləmək bacarığına malik olmaq;
• İdarəetmə qabiliyyətinə malik olmaq;
• Analitik təhlil etmə qabiliyyətinə malik olmaq;
• Müvafiq sertifikatların olması əlavə üstünlük sayılır.

Əgər yuxarıda qeyd edilən vəzifələrdə işləmək istəyirsinizsə, CV-nizi

[email protected]

elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№50JS/13) qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!
Mənbə:jobsearch.az

“Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabı– Əlavə dəyər vergisi ilə bağlı bütün məlumatlar və müxabirləşmələr

Monitor Konsaltinq Servisin eksperti sərbəst Auditor Altay Cəfərovla hazırladığı yeni nəşr olana - “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabının nəşrə hazırlanması prosesində vergi ödəyicilərinin ƏDV ilə bağlı əməliyyatların həyata keçirilməsində qarşılaşdıqları çətinliklər, qanunvericilikdəki boşluqlar və ziddiyyətlər diqqətlə öyrənilib və onların geniş şərhinə əsaslanan sadə açıqlamalarla çıxış yolları göstərilib. 

İnanırıq ki, “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabını oxuyandan sonra bu mövzuda sualınız qalmayacaq.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

0 Komment

    Şərh yazın

    Xəbərlər