Minimum əmək haqqının gəlir vergisinə hansı təsiri var?

Minimum əmək haqqının gəlir vergisinə hansı təsiri var?

 Vergilər Nazirliyi bu məsələyə misallarla izah gətirdi

Sual: Hal-hazırda minimum əmək haqqı nə qədərdir? Və bu ölkədə orta aylıq əmək haqqının qalxmasına təsir edibmi?
Qasımov Elşən

Cavab: İlk öncə bildiririk ki, gəlir vergisi ilə əlaqədar sonuncu dəyişikliklər Vergi Məcəlləsinə «Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli Qanununa əsasən 01.01.2013-cü il tarixdə qüvvəyə minmişdir.
Həmin Qanunla Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə edilən dəyişikliyə əsasən fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəlir 200 manatadək olduqda, həmin gəlirdən minimum əmək haqqı deyil, əmək qabiliyyətli əhali üçün ölkə üzrə müəyyən edilmiş yaşayış minimumunun 1 misli, yəni “Yaşayış minimumu haqqında” 30.11.2012-ci il tarixli 475-IVQ nömrəli Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 125 manat gəlir vergisindən azad edilmişdir.
Odur ki, hal-hazırda fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində 200 manatadək olan muzdlu işdən gəlirindən 125 manat yaşayış minimumu çıxılır, yerdə qalan məbləğdən 14 faiz ilə, 200 manatdan artıq olan muzdlu işdən gəlirdən isə gəlirin məbləğindən asılı olaraq Vergi Məcəlləsinin 101.1-ci maddəsində nəzərdə tutulan vergi dərəcələri ilə (14 və ya 25 faizlə) gəlir vergisi hesablanmalıdır.
Minimum əmək haqqı ilə bağlı bildiririk ki, Azərbaycan Respublikasının Prezidentinin 31 avqust 2013-cü il tarixli, 3112 nömrəli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2013-cü il sentyabrın 1-dən 105 manat müəyyən edilmişdir, lakin yuxarıda qeyd olunan Qanunla Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə edilən dəyişikliyə əsasən muzdlu işlə əlaqədar alınan gəlirin vergiyə cəlb olunması prosesinə bu artımın hər hansı bir təsiri yoxdur.

Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

“Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabı– Əlavə dəyər vergisi ilə bağlı bütün məlumatlar və müxabirləşmələr

Monitor Konsaltinq Servisin eksperti sərbəst Auditor Altay Cəfərovla hazırladığı yeni nəşr olana - “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabının nəşrə hazırlanması prosesində vergi ödəyicilərinin ƏDV ilə bağlı əməliyyatların həyata keçirilməsində qarşılaşdıqları çətinliklər, qanunvericilikdəki boşluqlar və ziddiyyətlər diqqətlə öyrənilib və onların geniş şərhinə əsaslanan sadə açıqlamalarla çıxış yolları göstərilib. 

İnanırıq ki, “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabını oxuyandan sonra bu mövzuda sualınız qalmayacaq.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur

 

0 Komment

    Şərh yazın

    Xəbərlər