
VAKANSİYA! FİNCA təşkilatından İŞ TƏKLİF EDİR
Ölkədaxili ezamiyyət etmək imkanı
Şirkətin Adi: FINCA Azerbaijan
Vəzifə: Daxili Auditor
Yüklenib/ Son tarix: 29 oktyabr / 29 noyabr
İş yeri: Baku
Contact Email: [email protected]
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Daxili Audit Departamenti üçün Daxili Auditor vəzifəsinə işçi axtarışı elan edir.
Daxili Auditor xətti meneceri tərəfindən təyin olunduğu kimi “FINCA Azerbaijan” əməliyyatlarının davamlı təftişini aparmağa məsuldur. Təyin olunduğu kimi Daxili Auditor müştərilərin sahə təftişləri, qoyulmuş siyasət və prosedurlarla əlaqədar bütün “FINCA Azerbaijan” şöbələrinin fəaliyyətini dəyərləndirmək üçün əməletmə təftişləri və digər təftişlər daxil olmaqla bir sıra təftiş tapşırıqlarını yerinə yetirəcəkdir. Daxili Auditor daxili nəzarətin davamlı gücləndirilməsində kömək etmək üçün idarəetməyə verilən mütəmadi hesabatlarla birləşdirmə aparmaq məqsədilə Audit Menecerinə həftəlik hesabatlar təqdim edəcəkdir.
“FINCA Azerbaijan” Azərbaycan üzrə 140,000 nəfərdən çox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır.
Yalnız aşağıdakı şərtlərə uyğun gələn işçilər ərizə ilə müraciət edə bilərlər:
Biznes yönümlü;
• Beynəlxalq firmada mühasibatlıq və maliyyə sahəsində iş təcrübəsi;
• MS Office proqramları istifadəçisi kimi bu sahə üzrə mükəmməl biliklər;
• Yaxşı riyazi təhlil vərdişləri;
• Azərbaycanca sərbəst oxuyub-yazmaq, rus və ingilis dilini bilənlərə üstünlük verilir;
• Şəxslər arasında geniş əlaqə yaratma və ünsiyyət vərdişləri;
• Dəqiqlik, detallara fikir vermək, şəffaflığa bağlılıq;
• Ölkədaxili ezamiyyət etmək imkanı.
“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 30 Noyabr 2013-cü il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№627/13) qeyd etməklə göndərə bilərsiniz.
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!
Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:
Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə. Tel: (012) 596 33 85\86\87;
“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.
Mənbə:azerjobs.com
“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı
Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
--------------------------------------------------------------------------------------------------------------------
0 Komment
Şərh yazın