
Vakansiya! Caspian Plazada yerləşən məşhur təşkilatdan "KİÇİK MÜHASİB" elanı
MS Office proqramları, xüsusilə MS Excel proqramı üzrə güclü bilikləri olmalıdır
Şirkətin Adi: FINCA Azerbaijan
Vəzifə: Kiçik mühasib
Yüklenib/ Son tarix: 18 oktyabr / 31 oktyabr
İş yeri: Baku
Contact Email: [email protected]
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Baş Ofis üçün KİÇİK MÜHASİB vəzifəsinə işçi axtarışı elan edir. Kiçik Mühasib təhkim olunmuş ərazi üzrə qüvvədə olan maliyyə təlimat və qaydalarının həyata keçirilməsini təmin edir və maliyyə şöbəsinin digər üzvləri ilə birlikdə çalışaraq bütün maliyyə fəaliyyətini səmərəli şəkildə yerinə yetirir.
“FINCA Azerbaijan” Azərbaycan üzrə 140,000 nəfərdən çox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır.
KİÇİK MÜHASİB vəzifəsi üçün tələb olunanlar:
Ən az iki il müsahibatlıq üzrə iş təcrübəsi;
Ali təhsil və/ yaxud maliyyə və ya mühasibatlıq təhsili üzrə sertifikat;
Beynəlxalq Mühasibatlıq standartlarını bilməsi arzuolunandır;
MS Office proqramları, xüsusilə MS Excel proqramı üzrə güclü biliklər;
Mükəmməl Azərbaycan dili, istifadə dərəcəsində ingilis dili bilikləri;
Əla ünsiyyət bacarıqları;
Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
Tez mənimsəmə qabiliyyəti və özünü inkişaf etdirməyə meyllilik.
“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 31 Oktyabr 2013-cü il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№618/13) qeyd etməklə göndərə bilərsiniz.
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!
Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:
Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə. Tel: (012) 596 33 85\86\87;
“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.
Mənbə:azerjobs.com
“Mühasibat uçotu” kitabı – Yeni standartlarların geniş şəkildə izahı
504 səhifəlik, qalın üzlü “Mühasibat uçotu” kitabında Köhnə və yeni hesablar planının müqayisəsi, mühasibat müxabirləşmələri ilə yanaşı ilkin sənədlərin tərtibi və rəsmiləşdirilməsi qaydaları haqqında məlumat verilib. 1000-dən müxabirləşmədən istifadə olunan kitabda nümünəvi müqavilə formalarına, ilkin sənədlərinin doldurulması haqqında informasiyalara rast gəlmək mümkündür.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 25 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur. Hal-hazırda satışı bitib və sentyabr ayından yenidən nəşri planlaşdırır.
--------------------------------------------------------------------------------------------------------------------
0 Komment
Şərh yazın