Vakansiya! Özünə güvənənlər üçün, Əla imkan

Vakansiya! Özünə güvənənlər üçün, Əla imkan

Ali təhsil Önəmlidir

İşə götürən: UNDP
Vəzifə:     Administrative and Financial Associate
Published / Deadline:     18 октября / 31 октября
Duty Station:     Баку
Contact Email:     [email protected]

Vəzifə və Öhdəliklər:
Maliyyə-inzibati məsələlər üzrə əməkdaş Baş Ofisin rəhbərinin və birbaşa nəzarətçinin rəhbərliyi və nəzarəti altında, Ölkə Nümayəndəliyinin menecment xidmətləri qrupunun üzvü kimi, Ölkə Nümayəndəliyinin kadr işi, inzibati və maliyyə sistemlərinə rəsmi rəhbərliyi həyata keçirir. O, kargüzarlıq əməkdaşlarına və yardımçı əməkdaşlara nəzarəti həyata keçirir.
O, bütün müvafiq qaydaları, təlimatları, prosesləri və prosedurları dərindən mənimsəməklə, daxili və kənar müştərilərə kadr işi, inzibati və maliyyə məsələləri sahələrində keyfiyyətli xidmətlər göstərir. O, Ölkə Nümayəndəliyinə və BMT-nin Əhali Fondunun dəstəklədiyi layihələrə dəstək və istiqamət verməklə, ölkə proqramına kömək üzrə qaydaların, prosedurların və təlimatların şərh edilməsində müştərilərə və nəticələrə yönəlmiş üsullardan istifadə edir.

Nəticə-Yönümlü Funksional Hesabat (fərdi köməklik, məşğuliyyət, mənafe birliyi və fəaliyyətin təsirinə yönəldilən)

İnzibati funksiyaları:

    Proseslər və prosedurları şəraitə uyğunlaşdırır, proqramın/layihənin həyata keçirilməsini asanlaşdırmaq məqsədilə milli icra çərçivəsində kadrlar, podrat müqavilələri, avadanlıq, ittifaqlar, tədqiqat turları, həmçinin proqram və layihə ilə əlaqədar digər tədbirlər baxımından proqrama/layihəyə dəstək üzrə əməli tələbləri proqnozlaşdırır və idarə edir.
    • İnzibati məsələlər üçün büdcəni hazırlayır və ona nəzarət edir, maliyyə əməliyyatlarının BMT-nin Əhali Fondunun maliyyə qaydalarına və prosedurlarına uyğun olmasını təmin edir. Daxili nəzarəti və səmərəliliyi artırmaq üçün prosedurlar təklif edir və audit məsələlərinə cavabdehlik daşıyır.
    Kadrlar sahəsində nümunəvi alət və mexanizmlərdən istifadə etməklə, kadrların cəlb edilməsi və seçimi proseslərinə rəhbərlik edir, menecerlərə və layihə əməkdaşlarına müqavilə bağlanması üsullarının müxtəlif növlərinə, kadr siyasətinə və imtiyazlara dair məsləhət vəməlumat verir, müştərək eksperimental tədqiqat prosesini əlaqələndirir və fəaliyyət məsələlərinə dair məsləhət verir.
    Maliyyə vəsaitlərinin və kadrların idarə edilməsinə və ölkə nümayəndəliyinin fəaliyyətlərinə dəstək sahəsində korporativ sistemlər və təcrübələr tətbiq edir; BMT-nin Əhali Fondundan layihələrin Milli İcrası (MİC) üçün tələb edilən ehtiyatların səmərəli şəkildə idarə edilməsi üzrə sistemlər və mexanizmlər hazırlayır, layihə əməkdaşlarına MİC prosedurlarına dair məsləhət verir və təlim keçir. Məlumatın Ölkə Nümayəndəliyi və Baş ofislər (BO) arasında müntəzəm və düzgün/qabaqcıl şəkildə dövriyyəsini təmin edir.
    Tədarüklə bağlı müraciətləri nəzərdən keçirir, ofis və layihə avadanlığının təchizat və xidmət işlərinin şəffaf və qənaətli şəkildə tədarük prosedurlarını başlayır; tədarük qərarına rəy verir. Xidmətlərin göstərilməsini və davam etdirilməsini təmin etməklə nümayəndəliyin maneəsiz şəkildə idarə edilməsinə kömək edir, yoxlama proseslərini və cari inventar və uçotun aparılmasını təchiz edir.
    Ümumi xidmətlər və fəaliyyət məkanı, xərclərin ödənilməsi, imtiyazlar və toxunulmazlıq, səlahiyyətlər və əmək haqqının təftişi, təhlükəsizlik və s. ilə əlaqədar ümumi sistem fəaliyyətlərinə dair materialı qiymətləndirir və belə material hazırlayır, nəzarətçi olmadığı hallarda təşkilatlararası müvafiq toplantılarda və işçi qruplarda BMT-nin Əhali Fondunu təmsil edir.

Maliyyə funksiyaları:

    Göstəricilər/nəticələr əsasında icra norması da daxil olmaqla zəruri maliyyə məlumatları və təhlilləri təmin etməklə, bütün əsas və qeyri-əsas ehtiyatlar üzrə proqramın maliyyə səmərəliliyinin monitorinqini dəstəkləyir. Normadan artıq/aşağı xərcləmə ilə əlaqədar potensial problemləri aşkar edir və onların aradan qaldırılması üçün tədbirlər təklif edir.
    Proqram və layihə büdcələrinin effektiv və səmərəli monitorinqi üçün alətlər və mexanizmlər hazırlayır, maliyyə məlumatlarının toplanması işini əlaqələndirir, BO-ə müntəzəm şəkildə düzgün və yenilənmiş maliyyə məlumatlarını təqdim edir.
    Fəaliyyət Fondu Hesabını (FFH) müntəzəm şəkildə monitorinq edir, proqram heyətini və icraçı tərəfdaşları vaxtlı-vaxtında başqaları ilə əvəz edir.
    Maliyyə siyasətlərini və prosedurlarını (xüsusilə, MİC-lə əlaqədar) şərh edir, əməkdaşları və layihə menecerlərini istiqamətləndirir və onlara təlim keçir. Mövcud siyasətlər çərçivəsində proqramın maliyyə ehtiyaclarını aradan qaldıra biləcək üsulları müəyyənləşdirməyə cəhd göstərir.
    Büdcə hazırlanması, ayrılmış vəsaitin monitorinqi, xərclərin monitorinqi vasitəsilə və nümayəndəliyin ehtiyaclarına uyğun olaraq dəyişikliklər hazırlamaqla, Ölkə Nümayəndəliyinin büdcəsinin idarə edilməsinə kömək edir.
    Effektiv maliyyə uçotu və hesabat sistemi, daxili yoxlama və audit nəzarətini təmin edir və maliyyə əməliyyatlarını düzgün şəkildə və vaxtlı-vaxtında həyata keçirir.
    Xərclərə maksimum qənaət edilməsini nəzərə almaqla ümumi xidmət haqlarını və xərclərin ödənilməsini nəzərdən keçirir və monitorinq edir, əlaqədar danışıqlarda və sazişlərdə BMT-nin Əhali Fondunun marağını təmsil edir.
    Donorlar üçün maliyyə hesabatlarını hazırlayır.

Funksional Bacarıqlar:
İşgüzar bacarıqlar
Münasib analitik alətlərdən və peşəkar standartlardan istifadə etməklə, geniş çeşidli mənbələrdən məlumat və verilənləri müstəqil şəkildə toplayır, onları təhlil və şərh edir. Maliyyə təhlili əsasında xəbərdarlıq nişanlarını müəyyənləşdirir, izahat əldə etməyə və ya narahat edən məqamları öyrənməyə çalışır və nəticələri təqdim edir.

Müştəri yönümlü
Daxili və kənar müştərilərlə effektiv münasibətlər yaradır, müştərilərin maraqlarını fəal şəkildə dəstəkləyir və müştərilərin ehtiyacları üçün mümkün həll variantları axtarır. Fəaliyyət planı təşkil edir və həmin plan üzrə prioritetləri müəyyənləşdirir, yubanmadan və diplomatik şəkildə müştərilərin ehtiyaclarına və fəaliyyətlər üçün müəyyənləşdirilmiş son tarixlərə əməl edir.

İdarəetmə sistemlərinin tətbiqi:

    Sistem dizaynının xüsusiyyətlərinə dair verilənlər/məlumat bazalarını aparır və sistemin komponentlərini hazırlayır.
    İşlərin həyata keçirilməsi üsulları və prosedurları ilə əlaqədar, sistemlərin daha səmərəli şəkildə layihələşdirilməsinə gətərib çıxara biləcək tövsiyələr verir.

Ümumi Bacarıqlar:
Dəyərlər
Vahidlik/Mandat öhdəliyi
BMT/BMTƏF-in dəyərlərinə uyğun olaraq fəaliyyət göstərməli və görülən işlər üçün hesabat verməlidir. BMTƏF-nin mandatı və təşkilati məsələlərdə şəxsi öhdəliyini nümayış etdirməlidir.

Bilik mübadiləsi/Təhsilin davam etdirilməsi
İşçi heyətin təhsili və peşəsinin təkmilləşdirilməsi üçün cavabdehliyi üzərinə götürməli, rəsmi və qeyri-rəsmi vasitələrin köməyi ilə fəal şəkildə bütün imkanlardan istifadə etməlidir. Digərləri tərəfindən qazanılan ən yaxşı təcrübələri mənimsəməklə, təşkilat daxilində və ondan kənarda əldə edilmiş biliklərdən yaralanmalıdır. Yeni təcrübənin fəal şəkildə tətbiqinə və yayılmasına imkan yaratmalıdır

Çoxşaxəli inkişafın dəyərləndirilməsi
Beynəlxalq perspektivləri nümayiş etdirməli, dəyərləndirmə fərqlərini qiymətləndirməli və müxtəlif mədəniyyət sahələrindən bilik əldə etməlidir. Din və mədəniyyətlə bağlı çıxışlar etməli və onlara hörmət, nəzakət hissi ilə yanaşmalıdır. Digər şəxslərin perspektivliyini dərindən anlamaq üçün məlumat əldə etməli, müşahidələr aparmalı və onun davranış xüsusiyyəltərini və tendensiyalarını davamlı şəkildə nəzərdən keçirməlidir.

İdarəçilik Əlaqələri
Qruplarla iş fəaliyyəti
Ümumi məqsədlərə nail olmaq və vəzifələrin bölüşdürülməsinə imkan yaratmaq məqsədilə BMTƏF daxilində və ondan kənarda çalışan həmkarlarla birgə fəaliyyət göstərməlidir. Ziddiyyətlərin fəal şəkildə həlli yollarını axtarmalı və qrup tərəfindən verilən qərarlara dəstək olmalıdır.

Məlumat və ideyaların təqdim olunması
Yazılı və şifahi məlumatlar vaxtında, düzgün qaydada və asanlıqla başa düşülən tərzdə təqdim olunmalıdır. Məlumatların dinlənilməsi və mübadiləsi məqsədilə toplantı və qrup müzakirələrinə fəal şəkildə cəlb olunmalıdır. Məsələlərin həlli istiqamətində fikirlərini səmiyyətlə ifadə etməli və digərlərinin fikirlərinə hörmətlə yanaşmalı və cavablandırmalıdır.

Mübahisələrin idarəolunması və Özünüidarə
Böhran və ya gərgin hallar yaşandığı müddət ərzində sakit, rahat və səbirli olmağa çaılşmaqla şəxsi reaksiya göstərməli və ziddiyyət təşkil edən mübahisələri aradan qaldırmalıdır. Məsələlərin həllinə yönəldilən narazılıqları asanlıqla  ifadə etməlidir. Qeyri-müəyyən və ya anlaşılmaz şəraitə tab gətirməli və işlərini səmərəli şəkildə davam etdirməlidir.  

İnsanlarla birgə fəaliyyət
Səlahiyyət/ Əhalinin inkişafı / Məhsuldarlığa nəzarət

Qrupun digər üzvləri ilə bağlı nəticələrin əldə olunmasına fəal şəkildə köməklik göstərmək məqsədilə imkanların araşdırılması ilə məşğul olan işçi qrupa özünü inteqrasiya etməlidir. Özünün zəif və güclü cəhətlərini etiraf etməli və nəzərdə tutulan tənqid və iradları səmimi qarşılamalı və kolleqa və nəzarətçilərlə ədalətli davranmalıdır. Yeni məqsədlər və tapşırıqlar axtarmalı və onların öyrənilməsi istəyini bildirməlidir. Fərdi işlərin planlaşdırılması və məqsədlərin müəyyən olunmasında iştirak edən və  məhsuldarlığın davamlı şəkildə artırılmasını yerinə yetirən şəxsi heyətin məhsuldarlığı ilə əlaqədar öhdəliyi qəbul etməlidir.

Fərdi Rəhbərlik və Effektivlik
Analitik və strateji düşüncə

Məlumatların toplanması, vəziyyətin təhlili və problemlərin müəyyən olunmasında müvafiq analitik vasitələrdən istifadə etməli və məlumatlardan məntiqi nəticələr çıxarmalıdır. Nəticələrə dair strateji təsirlərə malik tapşırıq və fəaliyyətə yönəldilən müvafiq prioritet məsələləri aydınlaşdırmaq bacarığını nümayiş etdirməlidir. Qrupun və digər maraqlı tərəflərin məlumata olan ehtiyaclarını əvvəlcədən nəzərə almalı və onunla yaxından tanış olmalıdır.  

Nəticələrin istiqamətləndirilməsi / Yüksək keyfiyyət
İşçi heyətin yüksək keyfiyyət normalarına cavab verməsi istiqamətində səy göstərməlidir. Vəziyyətlə əlaqədar yaranmış ehtiyacların ödənilməsi istiqamətində işlər görməli və uğurlu nəticələrin əldə edilməsinə israrla yanaşmalıdır.

Qərarların müvafiq qaydada və şəffaf şəkildə qəbul edilməsi

Müxtəlif və mürəkkəb məsələləri nəzərə almaq və qərarlara ediləcək hər hansı təsirlərlə bağlı öhdəliyi üzərinə götürməklə vaxtında və müvafiq qərarlar qəbul etməlidir.

İş tələbləri:

    Akademik Tələblər:
    Biznesin idarəetmə, ictimai idarəetmə, informasiya texnologiyaları, iqtisadiyyat və ya əlaqədar sahədə master dərəcəsi
    Təcrübə: Dövlət və ya özəl sektorda 7 illik müvafiq təcrübə
    Dillər: İngilis və Azərbaycan dillərində yazılı və şifahi sərbəst danışıq qabiliyyəti
    Kompüter bacarığı: Hazırkı ofis proqram təminatları üzrə təcrübə. Hüquqi şəxslər üçün maliyyə sahəsində kompyuter proqramlarını bilmək üstünlük hesab ediləcək

Ərizənin yekun tarixi: 31 oktyabr 2013

Ərizənin Şərtləri: Əlavə olunmuş İşçi Heyətin Tarixçəsinə (P11) dair  formanı doldurun və təqdim edin: [email protected]

Əlaqə telefonu: Fərid Fabayev, 492 24 70
Qeyd: BMTƏF bərabər imkanlara malik sifarişçidir.

Mənbə:azerjobs.com

0 Komment

    Şərh yazın

    Xəbərlər