Vakansiya! Alov qülləsinə baxmaq yox, gedib orda işləmək istəyənlər üçün

Vakansiya! Alov qülləsinə baxmaq yox, gedib orda işləmək istəyənlər üçün

İş saatları ərzində fəal olmaq və gecələr işləmək iqtidarında olmaq

İşə götürən: Fairmont Baku
Vəzifə:     Guest Services Ambassador (Valet Parking)
Published / Deadline:     04 октября / 04 ноября
Duty Station:     Баку
Category:     Обслуживание клиентов
SubCategory:     Другое
Travel Accepted:     No

VƏZİFƏ BORCLARI:

    Bütün qonaqları və həmkarları təbəssüm və qonaqpərvərliklə qarşılamaq və salamlamaq.
    Qonaqların avtomobillərinin gəlişi və gedişi zamanı girişdə parkinq xidmətlərini təqdim etmək.
    Növbədə xəzinədar olmadığı təqdirdə, onun vəzifəsini müvəqqəti icra etmək.
    Avtomobil ilə gələn bütün Qonaqları qarşılamaq və parkinq etmək üçün onların avtomobillərini qəbul etmək.
    Bütün avtomobillərin açarlarının dəqiqliklə ayırd edilməsi və bağlı yerlərdə saxlanılmasını təmin etmək.
    Bütün giriş ərazilərinin avtomobillərin gəliş-gedişi üçün boş və təmiz olmasını təmin etmək.
    Lazım olduqda, Otelin bütün xidmtələri, iclas xidmətləri, nahar xidmətləri, yerli nəqliyat vasitələri, yerli ziyarətçi və turist xidmətləri barədə Qonaqlara məlumat vermək. Ehtiyac olduqda bu xidmətlərin təmin edilməsi ilə bağlı dəstək olmaq, lazım gəldikə başqa növ xidmətlərin təqdim edilməsində yardımçı olmaq.
    Avtomobildən Qonağa lazım olan əşyaların gətirilmək və Qonaq və ya Nəzarətçi tərəfindən təyin edilən digər xidmətləri vaxtında təmin etmək.
    Qonaq Xidmətləri Meneceri tərəfindən təyin edildiyi şəkildə Otel Qonaqlarının və digər Qonaqların Oteldən hava limanına aparılması və hava limanından gətirilməsi ilə  bağlı nəqliyyatla təmin etmək.
    Qonaqların Otelə daşınmasını təmin etmək və Qonaq Xidmətləri üzrə Menecer tərəfindən təyin edildiyi şəkildə digər Qonaqların Otelə çardırılmasını təmin etmək.
    Avtomobil vasitəsitəsinin təmiz və səliqəli olmasını təmin etmək.
    Avtomobilə qulluq vasitələri ilə bağlı ehtiyacları dərhal Qonaq Xidmətləri üzrə Menecerə bildirmək.
    Avtomobili hər zaman təhlükəsiz şəkildə sürmək, bütün yol hərəkəti qaydalarına riayət etmək və bütün Qonaqlar üçün xoş və təhlükəsiz səyahət təcrübəsi təmin etmək.
    Yanğın təhlükəsi zamanı Otelin təhlükəsizlik prinsiplərinə müvafiq şəkildə davranmaq.
    Şübhəli və ya qeyri-adi bir davranış və ya hadisə gördüyü zaman növbə nəzarətçisinə və təhlükəsizlik xidmətinə vaxtınfa xəbər verməklə, Qonaqların və həmkarların təhlükəsizliyini təmin etmək.
    Növbə ərzində iş gedişatı zamanı defektlər, çatışmamazlıqlar və ya hər hansısa səliqəsizlik hallarında vəziyyəti düzəltməyə çalışmaq və bunlar barədə məruzə etmək.
    Növbədə işinə başlayan zaman standartlara müvafiq şəkildə geyinmək və görünmək.
    Bütün növ avtomobillərdən istifadə etmək bacarığı olmaq (mexaniki və avtomatlaşdırılmış transmissiyalı).
    Oteldəki digər şöbələr ilə qarşılıqlı və səmərəli əməkdaşlıq münasibətləri saxlamaq.
    Bütün Sağlamlıq və Təhlükəsizlik standartlarına müvafiq şəkildə riayət etməklə iş yerinizi özünüz və həmkarlarınız üçün təhlükəsiz saxlamaq.
    Şöbədaxili iş qarfikindən xədərdar olmaq və növbəyə hər zaman vaxtında başlamaq.

İXTİSAS TƏLƏBLƏRİ:

    Heç bir cərimə problemi olmayan, qanuni və qüvvədə olan sürücülük vəsiqəsinə malik olmaq.
    İngillis dilində və yerli dillərdən birində yazılı və şifahi ünsiyyət etmək.
    Səbr və təmkinliyini qoruyub saxlamaqla, daima dəyişkən iş mühitində çoxsaylı tapşırıqları yerinə yetirmək.
    İş saatları ərzində fəal olmaq və gecələr işləmək iqtidarında olmaq.
    Müştərilərlə iş sahəsində təcrübəyə malik olmaq.

İş üçün müraciət yalnız Online ərizə formasında qəbul olunur. Online ərizənin doldurulma qaydaları:

    Addım 1: Bizim karyera portalımıza baş çəkin:  http://www.fairmontcareers.com
    Addım 2: Search Positions linkində new düyməsinə basın
    Addım 3: Menyudan istifadə edərək işin yerləşdiyi ərazi, işin kateqoriyası,                                  vəzifənin adı və ya açar sözdən istifadə edərək iş axtarışı əməliyyatını yerinə yetirə bilərsiniz
    Addım 4: Vəzifəni seçin və ərizənizi Online təqdim edin

Qeyd:
Ərizənin “Online Assesment” hissəsinə çatdıqda zəhmət olmasa diqqətli olun. Sizin iki seçiminiz olacaq: Online Assessment-i dərhal etmək və ya başqa vaxt etməyiniz üçün e-mail ünvanınıza göndərmək. Zəhmət olmasa əmin olun ki, ekranın yuxarı hissəsindəki “pop-ups”-a  Online Assessment-i tamamlamanız üçün müvəqqəti olaraq icazə verilmişdir. Elektron ərizəniz yalnız Online Assesment-i etdikdən sonra tamamlanmış hesab ediləcək.

Mənbə:azerjobs.com

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

1 Komment

  1. Anat 20 Noyabr 2019

    Salam. Mənim 35 yaşım var. Ali təhsilliyəm ingilis dilində orta ərəb dilində yaxşı bilirəm. 12 il güc strukturunda işləmişəm.

Şərh yazın

Xəbərlər