
Təhsil nazirindən maraqlı açıqlama...
Bir iş dəftərinə görə valideynlər polisə müraciət etməlidirlər?
Təhsil naziri Mikayıl Cabbarov bəzi rayonlarda icra hakimiyyətləri tərəfindən orta məktəblərə edilən müdaxilə hallarına münasibət bildirib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu cür halların qarşısını almaq məqsədilə gələcəkdə orta məktəblərin birbaşa Təhsil Nazirliyinin tabeliyinə verilməsinin mümkünlüyü ilə bağlı sualı cavablandıran M.Cabbarov qeyd edib ki, Azərbaycanın bütün ərazisində “Təhsil haqqında” qanuna əsasən təhsil müəssisələrinin fəaliyyəti eyni şəkildə həyata keçirilir və tənzimlənir.
Təhsil naziri orta məktəblərdə şagirdlərə məcburi şəkildə iş dəftərlərinin alınması məsələsinə də aydınlıq gətirib. O qeyd edib ki, əgər məktəblərdə şagirdlərə məcburi şəkildə iş dəftərləri aldırılarsa, o zaman valideynlər hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər:
“Qanunvericiliyə əsasən, buna dair ciddi ölçü götürüləcək. Belə hallar baş verirsə, biz buna qarşı mübarizə aparacağıq”.
“Monitor Konsaltinq” jurnalı – aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal
Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov, Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.
"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.
Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-262-72-65 saylı telefonla və ya [email protected] email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.
--------------------------------------------------------------------------------------------------------------------
0 Komment
Şərh yazın