
Vakansiya! FİNCA-nin Caspian Plazada yerləşən baş ofisdə işləmək imkanı
İnsanlarla asan ünsiyyət qurmaq istəyənlər üçün
Şirkətin Adi: FINCA Azerbaijan
Vəzifə: Müştəri xidməti üzrə təmsilçisi
Yüklenib/ Son tarix: 27 sentyabr / 08 oktyabr
İş yeri: Baku
Contact Email: [email protected]
FINCA Azerbaijan Qeyri-Bank Kredit Təşkilatı MARKETİNQ DEPARTAMENTİ üçün MÜŞTƏRİ XİDMƏTLƏRİ TƏMSİLÇİSİ vəzifəsinə işçi axtarışı elan edir. “FINCA Azerbaijan” Azərbaycan üzrə 140,000 nəfərdən çox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır.
İş Öhdəlikləri:
Mərkəzi zəng qəbul etmə sistemi vasitəsi ilə zənglərin qəbul edilməsi və qeydiyyata alınması;
Zəng edən şəxslərə kredit şərtləri barədə qısa məlumatın verilməsi;
Zəng edən şəxslərin növbəti addımlar üçün uyğun filial və ya ofislərə istiqamətləndirilməsi;
Sistemdən çıxan müştəri hesabatını əldə etmək;
Müştəri çıxış sorğusunun keçirilməsi;
Sorğu nəticələrinin hazırlanması və hesabat verilməsi.
Aşağıdakı şərtlərə uyğun gələn işçilər ərizə ilə müraciət edə bilərlər:
Azərbaycan və Rus dilində səlis danışmaq, İngilis dilini bilmək üstünlükdür;
Daha öncə müştəri xidmətləri və / və ya sorğularda iştirak etmək;
İnsanlarla asan ünsiyyət qurmaq;
Kredit işi ilə tanışlıq və ya öyrənmək arzusu;
Bitmiş və ya davam etməkdə olan ali / orta təhsil;
MS Office proqramlarında sərbəst işləmək
“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 08 Oktyabr 2013-cü il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№578/13) qeyd etməklə göndərə bilərsiniz.
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!
Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:
Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.
Tel: (012) 596 33 85\86\87;
“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.
Mənbə:azerjobs.com
“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı
Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın