
Vakansiya! Özünə güvənənlər üçün, Əla imkan
Komandada işləmə bacarığı
Vəzifə: İnsan Resursları üzrə mütəxəssis
İşə götürən: «Atəşgah» Sığorta Şirkəti
«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. Keyfiyyət və müştəri məmnuniyyətini əsas tutmaqla, “Atəşgah” Azərbaycanda sığorta şirkətləri arasında ilk olaraq İSO9001:2000 keyfiyyət standartı sertifikatına layiq görülmüşdür. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ birləşərək “Atəşgah” Sığora Qrupunu yaratmışlar. Hazırda şirkətdə 400-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.
İnsan Resursları üzrə mütəxəssis
Işin məqsədi
Şirkətin kadr kargüzarlğı sahəsində ehtiyaclarının ödənilməsi, korporativ mədəniyyətin dəstəklənməsi
Əsas vəzifə öhdəlikləri
1. İşə qəbul, yerdəyişmə və işdən azad olunma üzrə rəsmiləşdirmə işinin aparılması (əmək müqaviləsi, əmr, son haqq-hesab və s)
2. Məzuniyyət və ezamiyyətlərin rəsmiləşdirilməsi
3. Əmək haqqı üzrə hesablamaların aparılması
4. Şirkətin Mükafatlandırma və Motivasiya sisteminə uyğun olaraq tədbirlərin yerinə yetirilməsi
5. İşçi heyəti üzrə müxtəlif analitik və statistik hesabatların hazırlanması
6. Şirkətin Korporativ Kodeksinin yerinə yetirilməsi və nəzarət (davamiyyət, dress-kod və s.)
Seçim meyarları
• Ali təhsil
• İş təcrübəsi – min. 1 il
• Əmək qanunvericiliyi sahəsində bilik və təcrübə
• Dil biliyi (yazılı və şifahi): Azərbaycan –səlis, Rus – səlis, İnglis (arzu olunan)
• 1C-də iş təcrübəsi olanlara üstünlük veirləcək
Şəxsi keyfiyyətlər
• Yüksək analitik qabiliyyət
• Yüksək ünsiyyət qabiliyyəti
• Dəqiqlik
• Riyazi və/ya maliyyə bilik və bacarıqları
• İcraçılıq və operativlik
• Komandada işləmə bacarığı
İş şərtləri
İş vaxtı: 5/7, saat 9.00-18.00
Xahiş olunur, CV-ləri subject qrafasında HR yazıb [email protected] e-mailinə göndərəsiniz.
Mənbə:jobsearch.az
“Vergi Məcəlləsi -2013” kitabı – Vergi Məcəlləsi+ ən son dəyişiklik və əlavələrin şərhi – 2013
Kitabı əldə etməklə Siz aşağıdakı məlumatlara sahib olacaqsınız:
1) Vergi Məcəlləsi - Əlavə və dəyişiklikdən sonra yekun çap formasında;
2) Prezidentin fərmanı ilə əlavə və düzəliş edilən 131 bəndin ayrı-ayrıca izahı;
3) Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu;
4) Vergi orqanlarının YENI rekvizitləri;
5) Vergi Məcəlləsi, vergi qanunvericiliyi ilə bağlı Nazirlər Kabinetinin 23 qərarı, Digər Normativ və Direktiv sənədlər (Konstitutsiya Məhkəməsinin qərarları, Azərbaycan Respublikasının Qanunları və s.) bölməsində 23 sənəd, Vergi qanunvericiliyinin pozulması ilə bağlı məsuliyyət tədbirləri - ELEKTRON FORMADA,
6) Əmək haqqı kalkulyatoru - Bu kalkulyator vasitəsiylə Siz aylıq əmək haqqılarının (Güzəştli və Güzəştsiz) açıqlamarla hesablamasını apara biləcəksiniz;
Kitabın satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67 və 050-265-72-65 saylı telefonla bildirməklərini xahiş edirik.
--------------------------------------------------------------------------------------------------------------------
0 Komment
Şərh yazın