
Vakansiya! "Jalə" soyuq satış edən satış təmçilçisi axtarır
1100 manat əmək haqqı təklif olunur
Vəzifə: Satış Təmsilçisi
İşə götürən: Jalə Bakı Satış Mərkəzi
Cənubi Qafqaz regionunda istehsal gücünə görə ən iri meyvə emalı müəssisəsi olan Gilan Qəbələ Konserv Zavodu (Jalə Bakı Satış Mərkəzi) dünya standartlarına cavab verən məhsulları ilə Azərbaycan bazarında liderlər siyahısına başçılıq edir.
Zavodun məhsulu olan Jalə təbii meyvə şirələri Avropada istehsal olunmuş ən müasir avadanlıqlar vasitəsi ilə və məhz yerli xammaldan istifadə olunaraq istehsal olunur. Jalə təbii meyvə şirələri müasir Avropa keyfiyyət sertifikatlarına layiq görülmüş və yalnız Azərbaycan məkanında deyil, həmçinin Rusiya, Ukrayna, Belarus, Baltikyanı respublikalarda, hətta Amerika və Avropa dövlətlərinin bazarlarındada öz alıcıların tapmışdır.
ŞİRKƏT AŞAĞIDA GÖSTƏRİLƏN VAKANSİYA ÜZRƏ
İŞÇİ YIĞIMI ELAN EDİR
VAKANSİYANIN ADI: Satış Təmsilçisi (Soyuq satış)
İŞİN ÜMUMİ TƏSVİRİ:
- Məhsulun yerli bazarda uğurlu satışını təmin etmək.
- Mövcud Müştərilərin məhsulla bağlı ehtiyacların öyrənərək təmin etmək.
- Yeni Müştərilərlə iş birliyi yaratmaq
NAMİZƏDLƏRƏ OLAN TƏLƏBLƏR
- Ali təhsil
- Şəxsi avtomobilin/nəqliyyatın olması
- 20-30 yaş arası kişilərə üstünlük verilir
- Azərbaycan dilində fikrin sərbəst çatdırma qabiliyyəti
ŞİRKƏT İŞÇİNİ AŞAĞIDAKILARLA TƏMİN EDİR
- Əmək haqqı 700-1100 AZN
- Sürülmüş məsafəyə görə yanacaq xərcləri
- Sürülmüş məsafəyə görə nəqliyyatın amorsisaziya xərcləri
- İcbari və sosial sığortalar
ƏLAQƏ VASİTƏLƏRİ
Maraqlı olan Şəxslərdən CV-rini [email protected] ünvanına göndərmələri xahiş olunur.
Mənbə:jobsearch.az
“Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabı– Əlavə dəyər vergisi ilə bağlı bütün məlumatlar və müxabirləşmələr
Monitor Konsaltinq Servisin eksperti sərbəst Auditor Altay Cəfərovla hazırladığı yeni nəşr olana - “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabının nəşrə hazırlanması prosesində vergi ödəyicilərinin ƏDV ilə bağlı əməliyyatların həyata keçirilməsində qarşılaşdıqları çətinliklər, qanunvericilikdəki boşluqlar və ziddiyyətlər diqqətlə öyrənilib və onların geniş şərhinə əsaslanan sadə açıqlamalarla çıxış yolları göstərilib.
İnanırıq ki, “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabını oxuyandan sonra bu mövzuda sualınız qalmayacaq.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
------------------------------------------
1 Komment
Vüsal 19 Aprel 2021
Salam .Sizin şirkətə anbardar vəzifəsində çalişmaq istəyirdim
Şərh yazın