Ümumi riyazi və hesablama bacarıqları olan üçün ŞANS

Ümumi riyazi və hesablama bacarıqları olan üçün ŞANS

Tanınmış kredit təşkilatından işçi elanı

Vəzifə: Kredit işçisi
İşə götürən: İnkişaf üçün Maliyyə (Göyçay filialı)


Tələblər:
• Biznes anlayışının olması (kənd təsərrüfatı, ticarət, xidmət, istehsal və digər sahələrdə);
• Ümumi riyazi və hesablama bacarıqları;
• İnsanlarla rahat ünsiyyət qurmaq qabiliyyəti;
• Azərbaycan dilində səlis danışmaq, anlamaq və fikri başa düşülən səviyyədə ifadə etmək;
• Kredit, maliyyə və ya mühasibat işi haqqında müəyyən məlumatın və öyrənməyə marağın olması arzuolunandır;
• Ali və ya texniki təhsil.

İşçinin görəcəyi əsas işlər:
• İşçinin iş vaxtının əsas hissəsi kredit götürmək ehtimalı olan insanların fəaliyyət göstərdiyi yerlərdə onlarla görüşmək (məsələn, yarmarka və ticarət mərkəzlərində, biznes obyektlərinin cəmləşdiyi ünvanlarda, kəndlərdə);
• Kredit xidməti və şərtləri haqqında məlumatlandırma aparmaq;
• Artıq kredit üçün müraciət etmiş şəxslərlə təhlil və araşdırma görüşləri keçirmək;
• Kredit layihəsi hazırlamaq.

İşçinin təlim və inkişafı:
• Yeni götürülən işçilər təcrübəli işçilərdən təlim alacaq;
• İnkişafa meylli və qabaqcıl işçilər müxtəlif təlim və seminarlara göndəriləcək.

İş müraciətinizi aşağıdakı ünvanlara çap və ya elektron formatda göndərə bilərsiniz:

Göyçay rayonu:       
“İnkişaf üçün Maliyyə” MMC-nin filialı        

E-poçt: [email protected]
Göyçay şəhəri, Rəsul Rza küç. 81  

Faks:    (+994 12) 492 77 63 (11)   
(Şahmat məktəbinin yanı)

Xüsusi Qeydlər:

1. Qadın namizədləri müsabiqədə fəal iştirak etməyə ruhlandırırıq.
2. Ərizələrin (CV-lərin) qəbulu 15 Oktyabr 2013-cü il tarixinədək davam edir.
3. Ərizələrdə (CV-lərdə) sizi qane edəcək əmək haqqı məbləğini mütləq qeyd edin.
4. Ərizələri (CV-i) e-poçt ünvanımıza göndərərkən mövzu yerinə "Göyçay filialı kredit işçisi" yazmağınız xahiş edilir.
    Mənbə:jobsearch.az

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

 

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-262-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

--------------------------------------------------------------------------------------------------------------------

 

0 Komment

    Şərh yazın

    Xəbərlər