Biometrik pasportları ilə bağlı sevindirici xəbər

Biometrik pasportları ilə bağlı sevindirici xəbər

Sentyabrın 1-dən etibarən verilən biometrik ümumvətəndaş pasportlarını necə əldə etmək olar?

Vətəndaşlar biometrik pasportları DİN-in müvafiq mənqətələri ilə yanaşı artıq "ASAN xidmət" mərkəzlərindən də əldə edə biləcəklər.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov keçirdiyi mətbuat konfransında bildirib.

Agentliyin sədri qeyd edib ki, bu ilin sentyabrın 1-dən etibarən respublikada biometrik ümumvətəndaş pasportların verilməsinə başlanılıb. Bu iş Daxili İşlər Nazirliyi (DİN) tərəfindən həyata keçirilir. Lakin ümumvətəndaş pasportların verilməsi DİN-in müvafiq məntəqələri ilə yanaşı artıq "ASAN xidmət" mərkəzlərində də həyata keçirilir: "Ona görə də DİN həmçinin "ASAN xidmət" mərkəzlərində biometrik pasportların verilməsini həyata keçirir. Hazırda fəaliyyət göstərən "ASAN xidmət" mərkəzləri biometrik pasportların verilməsi üçün lazımi avadanlıqlarla təchiz edilib. Artıq vətəndaşlar biometrik pasportları "ASAN xidmət" mərkəzlərində də əldə edə bilərlər.
Qeyd edək ki, Bakının Yasamal rayonunda yeni açılan və sentyabrın 25-dən vətəndaşların ixtiyarına veriləcək 3 saylı "ASAN xidmət" mərkəzində "Biometrik məlumatların toplanması sistemi" də yaradılıb. Sistem biometrik şəkillərin çəkilməsi, barmaq izlərinin götürülməsi, elektron imza və digər xüsusiyyətlərə malikdir.

Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

 

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-262-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

--------------------------------------------------------------------------------------------------------------------

 

0 Komment

    Şərh yazın

    Xəbərlər