VAKANSİYA! İşə qəbul və seçim sahəsində çalışmaq istəyənlər üçün

VAKANSİYA! İşə qəbul və seçim sahəsində çalışmaq istəyənlər üçün

Hal-hazırda “Qafqaz Lizinq” ASC  İnsan resursları şöbəsinə İşə qəbul üzrə mütəxəssis vəzifəsinə işçi qəbulu elan edir.

Əsas vəzifə və öhdəliklər:

  • Mütəmadi olaraq “Qafqaz Lizinq” ASC - nin işə qəbul üzrə email ünvanını yoxlamaq və ərizələri seçib ayırmaq; 
  • İş elanlarını hazırlamaq və müxtəlif reklam-informasiya daşıyıcıları vasitəsilə məlumatın yayılmasını təmin etmək;
  • Məlumatlar (CV) bazasının müntəzəm qaydada işləməsini təmin etmək və yeniləmək;
  • Müsahibələr təşkil etmək, müsahibə cədvəllərini hazırlamaq və koordinasiya etmək;
  • İşə qəbul üzrə hesabatlar və digər materiallar üçün məlumatları lazımi qaydada araşdırmaq, tərtib və təhlil etmək;
  • Lazımi təqdirdə İR şöbəsinin fəaliyyəti ilə bağlı digər inzibati və köməkçi vəzifələri icra etmək.  

Tələb olunan keyfiyyətlər:

  • Ali təhsil;
  • İşə qəbul və seçim sahəsində ən azı 1 (bir) il iş təcrübəsi;
  • Azərbaycan dilində sərbəst danışmaq və yazmaq (Rus və İngilis dillərini bilənlərə üstünlük veriləcək);
  • Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;
  • Məsuliyyət, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini 18 sentyabr 2013-cü il tarixindən gec olmamaq şərtilə [email protected]  elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (İnsan resursları şöbəsinə İşə qəbul üzrə mütəxəssis) qeyd etməklə göndərmələri xahiş olunur.
CV-lər həmçinin aşağıda göstərilən ünvana təqdim edilə bilər:
Ünvan: Bakı şəh., Binəqədi şossesi 168B

Tel: (99412) 991

“Qafqaz Lizinq” ASC haqqında ətraflı məlumatı www.qafqazleasing.com  web səhifəsindən əldə edə bilərsiniz.

  •  

0 Komment

    Şərh yazın

    Xəbərlər