Təşkilatın adı: BOKT Embafinans
Job Title: Istehlak kreditləri üzrə kiçik mütəxəssis / Mütəxəssis
Kateqoriya: Bank işi
Təşkilat 2012-cı ildən fəaliyyətə başlamış “Embafinans” Bank Olmayan Kredit Təşkilatı kimi müştərilərinin xidmətindədir. Şirkət müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı fəaliyyətə hədəflənmişdir. Əsas fəaliyyət istiqaməti istehlak kreditlərinin verilməsi olan BOKT-nın 2013-cü il ərzində 130 kredit məntəqəsinin yaradılması nəzərədə tutulub. Bu istiqamətdə aşağıda qeyd olunan regionlar üzrə “istehlak kreditləri üzrə kiçik mütəxəssis/mütəxəssis” vakansiyası elan edilir:
İmişli
Xaçmaz
Masallı
Zaqatala
Yevlax
Oğuz
Şabran
Saatlı
Bakı
Əsas vəzifə və öhdəliklər:
Müraciət etmiş müştərilərə kredit məhsulları barəsində məlumat vermək
Daxil olmuş bütün müraciətlərin qeydiyyatını aparmaq
Müştərilərin ödəmə qabiliyyətinin təhlil etmək
Kredit üzrə müvafiq sənədləşməni həyata keçirmək
Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etmək
Tələb olunan keyfiyyətlər və əsas bacarıqlar:
Ali təhsil (iqtisadiyyat, maliyyə-kredit, biznes, idarəetmə, hüquq və s.)
İş təcrübəsi – mütəxəssislərə ən azı 1 il
kiçik mütəxəssilərə iş təcrübəsi tələb olunmur (arzuolunandır)
Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı
Azərbaycan dilində səlis danışmaq/yazmaq (xarici dil bilikləri olanlara üstünlük verilir)
Müştərilərlə ünsiyyət qurma və komanda ilə işləmə bacarığı
Məsuliyyətli,təşəbbüskar,dürüst, dəqiq və etibarlı kimi keyfiyyətlərə malik olmaq
Cinsi: Kişi
Yaş həddi: 20-27 yaş
Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi vəzifəsində) işləyən namizədlərə üstünlük veriləcək
Hərbi xidməti bitirənlərə və ya hərbi xidmətdən möhlət hüququ olanlara üstünlük verilir
Müracət və seçim qaydaları:
Email göndərərkən Mövzu (Subject) qrafasında müraciət olunan vakansiya və region mütləq qeyd olunmalıdır. Əks halda ərizəniz natamam kimi qimətləndiriləcək və baxılmayacaq.
Sənədlərin son qəbul tarixi: 15sentyabr 2013.
Yalnız ilkin seçilmiş namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə çağırılacaq.
Lütfən qeyd olunan tələblərə cavab verənlər müraciət etsinlər.
Lütfən telefon vasitəsilə müraciət etməyin.
İş qrafiki: 5 gün / saat 10.00-18.00 (şənbə 10.00-15.00)
Əmək haqqı (xalis)
Mütəxəssislər: 400 AZN+ aylıq bonus*
Kiçik mütəxəssislər: 300 AZN+aylıq bonus*
Aylıq bonus verilmiş kreditlərin məbləğinə və portfel qalığına görə hesblanır
0 Komment
Şərh yazın