
Vakansiya! Mühasibin gözlədiyi Vakansiya elanı
Peşəkar ali və ya orta iqtisadi təhsil
Şirkətin Adi: Mol Bulak
Vəzifə: Mühasib
Yüklenib/ Son tarix: 28 avgust / 28 sentyabr
İş yeri: Baku
Contact Email: [email protected]
Mol Bulak Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti, kiçik və eyni zamanda uğurlu mikromaliyyə institutu olmuş “İnvest Kredit BOKT” MMC-nin varisidir. Hazırda Şirkətin Azərbaycan Respublikasında 32 filialı fəaliyyət göstərməkdədir.
Əmək haqqı: 300-400 AZN
İşin təsfiri:
Xəzinədar/əməliyyatçı pul vahidlərinin qəbulu və verilməsi ilə məşğul olur, Şirkətin məlumat bazasının aparılmasını həyata keçirir, aşağıda göstərilən öhdəlikləri yerinə yetirir. Vəzifə yüksək dərəcəli ehtiyatlılıq və nəzakətlilik tələb edən məxfi xarakterli məsələlərlə işi əhatə edir. İşçi məxfi məlumatın açıqlanmasının məsuliyyətini daşıyır. Xəzinədar/əməliyyatçı maddi cəhətdən məsul şəxsdir. İş rejimi Şirkətdə tənzimlənmiş daxili iş qaydalarına uyğun olaraq müəyyənləşdirilir.
İxtisas tələbləri:
Peşəkar ali və ya orta iqtisadi təhsil;
Bir ildən az olmayan kassir vəzifəsində iş təcrübəsi;
Kassa əməliyyatlarını həyata keçirmək üçün Şirkətdə qəbul olunmuş fərman, qaydalar, əmrlər və digər normativ sənədləri, bank kassa form sənədlərini, pul vəsaitləri və qiymətli kağızların qəbulu, verilməsi, uçotu və mühafizəsi qaydaları, mədaxil və məsrəf sənədlərinin hazırlanması qaydası, pul vəsaitlərinin mühafizəsi qaydaları, kassa kitabının aparılması qaydaları, kassa hesabatlarının hazırlanmasını mükəmməl bilmək.
İki ildən az olmayan operator, sistem idarəçisi və ya bənzər vəzifələrdə iş təcrübəsi;
Kompüterlə inamlı istifadəçi kimi işləməyi bacarmalıdır, o cümlədən, Word, Excel, Outlook Express kimi Microsoft Windows əlavələri və İnternet ilə işləməyi bacarmalı, həmçinin elektron uçot sistemləri ilə işləməyi bacarmalıdır;
Elektron məlumat bazalarının aparılmasına dair qayda və prosedurları, müxtəlif hesabatları hazırlama, kompüter və digər ofis avadanlıqları ilə işləməyi mükəmməl bilmək;
Rus və Azərbaycan dillərini mükəmməl bilmək;
Xırda təfsilatlara diqqətli, səliqəli və dəqiq olmaq;
Müştərilərə nəzakətlə və peşəkarlıqla xidmət etməyi bacarmaq və onlarla xoş təəssürat oyatmaq;
İş vaxtını düzgün bölüşdürmə bacarığı.
Ezamiyyətə getmə imkanı
İş öhdəlikləri:
Pul vəsaitləri və qiymətli kağızların qəbulu, verilməsi, uçotu və mühafizəsini onların mühafizəsini təmin edən qaydalara icbari riayət etməklə həyata keçirmək;
Qəbul olunmuş qaydada rəsmiləşdirilmiş sənədlər üzrə Şirkətin nağd pul vəsaitləri ilə fəaliyyətini təmin etmək üçün bank müəssisələrindən pul vəsaitlərini alır;
Mədaxil və məsrəf sənədləri əsasında kassa kitabını aparır, faktiki pul məbləğlərini kitabdakı qalıqla tutuşdurur;
Köhnəlmiş əskinasların inventarizasiyanını hazırlayır, habelə onları yeniləri ilə əvəz etmək üçün bank müəssisələrinə təqdim etmək üçün müvafiq sənədləri hazırlayır;
Kassa hesabatları hazırlayır;
Kassanın fasiləsiz işini təmir edir, kassanın işində qayda pozuntularına görə məsuliyyət daşıyır;
Ödəniş tapşırıqlarını hazırlayır və onları vaxtlı-vaxtında banka təqdim edir;
Mühasibat sənədlərinin mühafizəsinə nəzarət edir, onları qəbul olunmuş qaydalara uyğun şəkildə arxivə ötürmək üçün hazırlayır;
Kassa əməliyyatları üzrə mühasibat məlumatlarının göstəriciləri bazasının təşkili, aparılması və mühafizəsi üzrə işləri yerinə yetirir;
Kassanın işində, öz işində olan nöqsanlar və onların aradan qaldırılması üçün görülən tədbirlər barədə filial müdirini və baş mühasibi xəbərdar edir;
Uçot siyasəti, kassa əməliyyatları aparma qaydaları və xəzinədar/əməliyyatçı vəzifə öhdəliklərinin yerinə yetirilməsini tənzimləyən digər normativ aktlara ciddi riayət edir;
Şirkətin hesabları və bürolarındakı kassalarda olan qalıqlara dair gündəlik məlumat yığımını və onları mühasibə və Şirkət rəhbərliyinə göndərilməsini həyata keçirir;
Məlumat bazalarının aparılmasını həyata keçirir və məlumatların tam və vaxtlı-vaxtında yüklənməsini təmin edir;
Şirkət rəhbərliyi, mühasibat uçotu şöbəsi və digər struktur bölmələrə məlumat bazası üzrə müxtəlif hesabatlar və kredit portfeli üzrə tələb, məlumatlar təqdim edir;
Uçot proqramlarının məlumat bazalarının aparılmasına dair qayda və prosedurlar hazırlayır;
Kredit prosesinin müqavilə və digər sənədlərini çap edir;
Məlumat bazası üzrə Rəhbərliyə hesabatlar təqdim edir;
Şirkət rəhbərliyi və mühasibatçının digər göstəriş, əmr və tapşırıqlarını yerinə yetirir;
Əmək intizamı, daxili əmək nizamı qaydaları, yanğından mühafizə qaydalarına riayət edir.
Region üzrə digər filiallarda xəzinədar/əməliyyatçılar iş yerində olmadıqda (məzuniyyət,icazə) onları əvəz etməlidirlər.
Mənbə:azerjobs.com
“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı
Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
--------------------------------------------------------------------------------------------------------------------
0 Komment
Şərh yazın