
Vakansiya! Bank sektorunda çalışmaq istəyənlər üçün elan
Bank işi sahəsində bilik/təcrübənin olması üstünlük təşkil edir
Şirkətin Adi: Bank of Baku
Vəzifə: Məlumat Xidmətibölməsinin eksperti
Yüklenib/ Son tarix: 27 avgust / 15 sentyabr
İş yeri: Baku
Contact Email: [email protected]
Bankımız haqda:
1994-cü ildə “Tuqay” adı altında ölkənin ilk kommersiya banklarından biri olaraq qeydiyyatdan keçmişdir. 1997-ci ilin fevral ayında təsisçilərin qərarı ilə bankın adı “Bank of Baku” Birgə Səhmdar Kommersiya Bankı adı ilə əvəzlənmişdir. 2004-cü ildən etibarən bankımız Açıq Səhmdar Cəmiyyət kimi fəaliyyət göstərir.Hazırda fəaliyyətdə olan 21 filial və 1 inzibati ofis müştərilərimizə bütün növ bank xidmətləri göstərir.
Bankımızın uzunmüddətli hədəfi fərdlərə, kiçik və orta biznesə müasir və keyfiyyətli maliyyə məhsulları və xidmətlərini təqdim edən aparıcı maliyyə qurumu kimi qalmaqla bərabər, həm də fəaliyyətini inkişaf etdirməkdir.
Əsas vəzifə və öhdəliklər:
Filial tərəfindən təklif edilən bütün növ məhsul və xidmətlər üzrə müraciətçilərə ilkin məlumatları verir və müraciətçilərin istəyinə əsasən onları müvafiq bölmələrə yönəldir
Müştərilərin sorğularını cavablandırır
Daxil olan və çıxan məktubların, dövri nəşrlərin qeydiyyatını aparır
Filiala olunan telefon zənglərinə cavab verir, zərurət olduqda müraciətçilərə və müştərilərə filial tərəfindən təklif edilən bütün növ məhsul və xidmətlər üzrə ilkin məlumatları verir
Tələb olunan kriteriyalar:
Ali təhsil
Bank işi sahəsində bilik/təcrübənin olması üstünlük təşkil edir
Məntiqi düşünmək, detallara diqqət etmək qabiliyyəti
Təşkilatçılıq bacarığı
Əla ünsiyyət qurmaq bacarığı
Məsuliyyətli və dəqiq
Azərbaycan və Rus dillərini əla bilmək
MS Office proqramlarında işləmək bacarığı
Yuxarıdakı tələblərə uyğun namizədlər “Subject” qrafasında “Melumat xidmeti” yazmaqla öz CV-lərini və ya bankın saytından (http://www.bankofbaku.com/az/hr-category/cv-forma.html ) əldə edilmiş “İşə müraciət formu”nu (şəkillə birlikdə) Azərbaycan dilində [email protected] ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 15 Sentyabr 2013-cü ildir. Xahiş edirik, telefon vasitəsilə müraciət etməyəsiniz.
Mənbə:azerjobs.com
“Monitor Konsaltinq” jurnalı – aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal
Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov, Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.
"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.
Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-262-72-65 saylı telefonla və ya [email protected] email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.
--------------------------------------------------------------------------------------------------------------------
0 Komment
Şərh yazın