Vakansiya! Beynəlxalq təşkilat Mühasibatlıq (1C) müəllimi axtarır

Vakansiya! Beynəlxalq təşkilat Mühasibatlıq (1C) müəllimi axtarır

Dərslər SOS Uşaq Kəndində təşkil olunacaq...

Şirkətin Adi:  SOS Uşaq Kəndləri-Azərbaycan
Vəzifə:     Mühasibatlıq (1C) müəllimi
Yüklenib/ Son tarix:     15 avgust / 15 sentyabr
İş yeri:     Baku
Contact Email:     [email protected]

“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası beynəlxalq humanitar “SOS Kinderdorf İnternational” təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri və Ailələrə Dəstək Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir.
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir.
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası

Xidməti əsaslarla SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyasının Təhsil Proqramının “İKT layihəsi” çərçivəsində Mühasibatlıq (1C) kurslarını tədris edən müəllim vəzifəsinə elan verir.

Əsas vəzifə və öhdəliklər
Mühasibatlıq (1C) müəllimi

    Bu sahədə ən azı 3 illik iş təcrübəsi
    Sadələşmiş vergi ödəyicisinin olması

Dərslər SOS Uşaq Kəndində təşkil olunacaq.

Uyğun namizədlər CV-lərini aşağıdakı ünvana göndərə bilərlər: [email protected]

Mənbə:azerjobs.com

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər