
Vakansiya! «Atəşgah» Sığorta Şirkəti 600 manatlıq iş təklifi
Azərbaycan reallığı üçün iş şərti: ... Əmək müqaviləsi bağlanılır
Vəzifə: Regional Satışlar Departamentinin mütəxəssisi
İşə götürən: Atəşgah Sığorta
«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. Keyfiyyət və müştəri məmnuniyyətini əsas tutmaqla, “Atəşgah” Azərbaycanda sığorta şirkətləri arasında ilk olaraq İSO9001:2000 keyfiyyət standartı sertifikatına layiq görülmüşdür. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ birləşərək “Atəşgah” Sığora Qrupunu yaratmışlar. Hazırda şirkətdə 400-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.
Regional Satışlar Departamentinin mütəxəssisi
Əsas vəzifə öhdəlikləri
• Regional satışlara nəzarət etmək (Ofisdaxili və partnyor satışları)
• Regional ofislərdə işin monitorinqi və qiymətləndirilməsini aparmaq
• Regional satışların artırılması ilə bağlı təkliflər etmək və bu yöndə regional ofisə lazımi dəstək göstərmək
• Regionlarda mövcud və potensial partnyorlarla, həmçinin hökumət və maliyyə qurumlarının nümayəndələri ilə görüşlərin keçirilməsi
Namizədə tələblər
• Yaş: 28-35
• Cinsi: kişi
• Təhsil: ali (iqtisadiyyat və maliyyə sahəsində təcrübəsi olanlara üstünlük verilir)
• İş təcrübəsi: satış sahəsində min. 2 il iş təcrübəsi, həmçinin sığorta və ya bank sahəsində (idarəçilik təcrübəsi olanlara üstünlük verilir)
• Dil bilikləri: Azərbaycan (əla), Rus (yaxşı)
• Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi
Şəxsi keyfiyyətlər
• Liderlik potensialı
• Yüksək ünsiyyət qabiliyyəti
• Təşkilati qabiliyyət
• Nəticəyə yönəliklik
İş şərtləri
• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 - 18:00
• İş günü 5/2
• Əmək haqqı: 600 AZN + rüblük motivasiya
• Şirkət tərəfindən nahar
• Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
• Şirkət tərəfindən görüşlər üçün avtomobil təqdim olunur
• Regionlara mütəmadi ezamiyyətlər
Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir ) və yaxud 012 (940) nömrəsinə zəng edə bilər
Mənbə:jobsearch.az
“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı– Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar
Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir.
Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67 və 050-265-72-65 saylı telefonla bildirməklərini xahiş edirik..
-----------------------------------------------------------------------------------------------------------
0 Komment
Şərh yazın