
VAKANSİYA! Avopa Yenidənqurma və İnkişaf Bankında işləmək şansı
Microsoft Outlook, Word, Excel and Power Point proqramları üzrə biliklərə sahib olmalıdırlar. Ofis işində təcrübə mütləq sayılmayacaq, lakin olduğu təqdirdə üstünlük kəsb edəcək...
Vəzifə: Ofis köməkçisi
İşə götürən: European Bank for Reconstruction and Development
Avopa Yenidənqurma və İnkişaf Bankı Mərkəzi və Şərqi Avropa, və MDB ölkələrinə demokratiya və bazar iqtisadiyyatına keçid sahəsində unikal təcrübə və yardım etmək bacarığına malikdir.
O, ictimai və özəl sektor üzrə bank ekspertizası sahələrinin birgə unikal təcrübəsini təklif edir və kreditlər, kapital yatırımları və texniki əməkdaşlıq vasitəsilə layihələrə dəstək göstərir. Bank xüsusilə özəl sektorun inkişafına və fəaliyyət göstərdiyi ölkələrdə təmsilçiliyinin genişləndirməsinə diqqət ayırır.
Ofis köməkçisi, Bakıdakı Daimi Nümayəndəlik
AYİB-in Bakıdakı daimi nümayəndəliyi ofis işləri üzrə köməkçi vəzifəsinə işçi axtarışını elan edir. AYİB 1995-ci ildən etibarən Azərbaycanda Daimi Nümayəndəlik ofisini yaratmış və hal-hazırda 5 bankir və 3 inzibati işçidən ibarət heyətlə fəaliyyət göstərir.
İşin təsviri
Namizəd aşağıdakı işlərə cavabdeh olacaq:
I. Katibəlik və inzibati dəstək: inzibati məsələlər üzrə köməkçi və ofis rəhbərinin şəxsi köməkçisinin əvəzi vəzifələrini icra edir; uçuşlar, mehmanxana və s. daxil olmaqla bankirlərin səfərləri üçün əlaqələndirməni həyata keçirir; müntəzəm yazışmaları hazırlayır, əlaqəli şəxslərin siyahısının yenilənməsinə nəzarət edir və digər tələb olunan işlər üzrə köməklik edir.
II. Resepşn: daimi nümayəndəliyə gələn müştəri və qonaqları qarşılayan şəxs kimi fəaliyyət göstərir, daxil olan telefon zəngləri, müraciət və istəkləri müvafiq şəkildə yönləndirir və onları idarə edir, daxil olan və göndərilən məktub, faks və e-poçt məktublarının idarə olunması ilə məşğul olur.
Tələb olunan bacarıq və təcrübə
Uğurlu namizədlər əla təşkilati və ünsiyyət bacarıqlarına malik, təşəbbüskar bir şəxs olmalıdırlar. Namizədlər dəqiq, punktual, sadiq, öz saləhiyyət sahəsində qərarvermə bacarığı və müstəqil işləmək üçün aydın qabiliyyətlərini nümayiş etdirməlidir. Microsoft Outlook, Word, Excel and Power Point proqramları üzrə biliklərə sahib olmalıdırlar. Ofis işində təcrübə mütləq sayılmayacaq, lakin olduğu təqdirdə üstünlük kəsb edəcək. İngilis, Azərbaycan və Rus dillərini işçi qaydada bilmək mütləqdir.
AYİB və onun fəaliyyəti haqqında daha ətraflı məlumat üçün www.ebrd.com səhifəsinə müraciət etməyinizi xahiş edirik.
Bu vakansiyaya müraciət etmək üçün niyyət məktubu ilə birgə tərcümeyi-halınızı 23 avqust 2013-ci tarixinədək AYİB-in Daimi Nümayəndəliyi, Landmark Biznes Mərkəzi III, Bakı ş., Nizami küç. 90A, AZ1010 və yaxud [email protected] e-poçt ünvanına göndərin.
Mənbə:jobsearch.az
“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı– Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar
Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir.
Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67 və 050-265-72-65 saylı telefonla bildirməklərini xahiş edirik..
-----------------------------------------
0 Komment
Şərh yazın