
Hüquqi şəxsin ləğv olunması qaydaları necə həyata keçirilməlidir?
Vergilər Nazirliyi bu sualın cavabını A-dan Z-ə açıqladı
Sual: Hüquqi şəxsin ləğv olunması qaydaları necədir?
Həsənov Anar
Cavab: Bildiririk ki, Mülki Məcəlləsinin, Vergi Məcəlləsinin, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun və Vergilər Nazirliyinin 06.03.2013-cü il tarixli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının və vergi ödəyicilərinin uçotunun ləğv edilməsi Qaydaları”nın müddəalarına əsasən kommersiya hüquqi şəxsin ləğv edilməsi barədə qərar onun təsisçiləri (iştirakçıları) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı tərəfindən qəbul edilir. Hüquqi şəxsin ləğv edilməsi aşağıdakı hallarda baş verə bilər:
- təsisçilərinin (iştirakçılarının) və hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə könüllü qaydada;
- məhkəmənin qərarı ilə;
- müflis olma nəticəsində.
Kommersiya qurumu məhkəmə qərarı ilə ləğv edildiyi halda, həmin qərarla ləğvetmə vəzifəsi onun təsisçiləri (iştirakçıları) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanına həvalə edilir.
Ləğv edilən hüquqi şəxsin əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi üçün yetərli deyildirsə, o yalnız kreditorların ilkin yığıncağının qərarı və yaxud məhkəmənin qərarı əsasında müflis sayılmaqla ləğv edilə bilər.
Kommersiya hüquqi şəxsin təsisçiləri və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı hüquqi şəxsin ləğvi və ya yenidən təşkili haqqında qərar qəbul etdikdən sonra aşağıdakı hərəkətləri edir:
- ləğvetmə komissiyasını (təsviyəçini) təyin edir;
- hüquqi şəxsin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbuat orqanında onun ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti haqqında məlumat dərc etdirir;
- hüquqi şəxsin ləğvi barədə qərar, mətbuat orqanında dərc edilmiş elan, “Hüquqi şəxsin dövlət reyestrindən (vergi uçotundan) çıxarılması haqqında” Ərizə forması ilə birlikdə qeydiyyat orqanına təqdim edir. Ərizə təsisçilər, yaxud ləğvetmə komissiyasının səlahiyyətli üzvləri (və ya təsviyəçi) tərəfindən imzalanır.
Aktivlərinin ümumi dəyəri minimum əmək haqqı məbləğinin 50 min mislindən artıq dövlət və bələdiyyə müəssisələrinin ləğv edilməsi (məhkəmənin qərarı ilə müəssisələrin ləğv edilməsi halları istisna olunmaqla) zamanı Ərizəyə İqtisadi İnkişaf Nazirliyinin razılığı əlavə edilir.
Ləğvetmə komissiyası (təsviyəçi) təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyəti ona keçir. Hüquqi şəxsin ləğv edilməsi ilə bağlı mətbuat orqanında məlumat dərc edildikdən və kreditorların tələblərinin irəli sürülməsi müddəti qurtardıqdan sonra ləğvetmə komissiyası aralıq ləğvetmə balansını tərtib edir. Kreditorlar ilə hesablaşmalar başa çatdıqdan sonra ləğvetmə komissiyası ləğvetmə balansını tərtib edir.
Ləğv olunan vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatının ləğv edilməsi zərurəti ilə əlaqədar “Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair Ərizə”ni, vergi ödəyicisinin filialın, nümayəndəliyin və ya digər təsərrüfat subyektinin (obyektin) olduğu yer üzrə uçotdan çıxarılması məqsədilə müvafiq ərizələri, vergi ödəyicisinin uçota alındığı təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə qeydiyyata alınmış nəzarət-kassa aparatlarının qeydiyyatdan çıxarılması üçün müvafiq ərizələri vergi orqanına təqdim etməli, vergi ödəyicisinin uçota alındığı təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə qeydiyyata alınmış Pos-terminalların qeydiyyatdan çıxarılmalı, ləğvetmə prosedurlarının yerinə yetirilməsi zamanı hesablaşmaların aparılması üçün istifadə olunacaq bank hesabları istisna olmaqla, vergi ödəyicisinin digər aktiv bank hesablarının bağlanmalı, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməli və təqdim edilməmiş bəyannamələrin (hesabatların) vergi orqanına təqdim edilməlidir.
Vergi ödəyicisinin yekun bəyannamələri təqdim edilənədək vergi ödəyicisi tərəfindən ödəyicisi olduğu vergi növləri üzrə müvafiq bəyannamələr qanunvericilikdə nəzərdə tutulmuş hesabat dövrləri üzrə vergi orqanına təqdim edilməlidir. Eyni zamanda, göstərilən dövrdə vergi ödəyicisinin ləğv edilməsi tarixinədək bitməmiş hesabat dövrləri üzrə müvafiq yekun bəyannamələr Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətini dayandırdığı tarixdən və yaxud ləğv edilmə haqqında qərarda göstərilən ləğv olunma tarixindən (qeyri-rezidentin daimi nümayəndəliyi üçün bu tarix göstərilmədikdə qərarın Azərbaycan Respublikasının xarici dövlətlərdəki nümayəndəliklərinin leqallaşdırdığı tarixdən) 30 gün müddətində (sadələşdirilmiş vergi ödəyiciləri istisna olmaqla) təqdim edilməlidir. Yekun mənfəət və ya gəlir vergisi bəyannaməsinin hesabat dövrü vergi ilinin əvvəlindən sahibkarlıq fəaliyyətinin dayandırıldığı günə qədər olan dövrü əhatə edir. Sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən ödəyicinin ləğv edilməsi tarixinədək bitməmiş hesabat dövrləri üzrə yekun bəyannamələri Vergi Məcəlləsində müəyyən edilmiş müddətdən gec olmamaq şərti ilə vergi orqanına təqdim edilməlidir.
Vergi ödəyicisinin yekun bəyannamələri təqdim edilənədək vergi ödəyicisi tərəfindən ödəyicisi olduğu vergi növləri üzrə müvafiq bəyannamələr qanunvericilikdə nəzərdə tutulmuş hesabat dövrləri üzrə vergi orqanına təqdim edilməlidir. Eyni zamanda, göstərilən dövrdə vergi ödəyicisinin ləğv edilməsi tarixinədək bitməmiş hesabat dövrləri üzrə müvafiq yekun bəyannamələr Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətini dayandırdığı tarixdən və yaxud ləğv edilmə haqqında qərarda göstərilən ləğv olunma tarixindən (qeyri-rezidentin daimi nümayəndəliyi üçün bu tarix göstərilmədikdə qərarın Azərbaycan Respublikasının xarici dövlətlərdəki nümayəndəliklərinin leqallaşdırdığı tarixdən) 30 gün müddətində (sadələşdirilmiş vergi ödəyiciləri istisna olmaqla) təqdim edilməlidir. Yekun mənfəət və ya gəlir vergisi bəyannaməsinin hesabat dövrü vergi ilinin əvvəlindən sahibkarlıq fəaliyyətinin dayandırıldığı günə qədər olan dövrü əhatə edir. Sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən ödəyicinin ləğv edilməsi tarixinədək bitməmiş hesabat dövrləri üzrə yekun bəyannamələri Vergi Məcəlləsində müəyyən edilmiş müddətdən gec olmamaq şərti ilə vergi orqanına təqdim edilməlidir.
Kommersiya qurumu tərəfindən aşağıdakı sənədlər qeydiyyat orqanına təhvil verilməlidir:
- kommersiya qurumunun nizamnaməsinin (əsasnaməsinin) və dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin əsli;
- kommersiya qurumunun möhürü;
- kommersiya qurumu 2008-ci il 1 yanvar tarixədək vergi uçotunda dayanmışdırsa, vergi şəhadətnaməsi;
- kommersiya hüquqi şəxs səhmdar cəmiyyət olduğu halda, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin səhmlərin ləğv olunması barədə məktubu;
- Son vergi yoxlamasının nəticələri barədə məlumat və ləğvetmə balansı və ya vergi bəyannaməsi (son vergi yoxlamasının nəticələri barədə məlumat və vergi bəyannaməsi kommersiya qurumu tərəfindən təqdim edilmədikdə, vergi bəyannaməsi Qeydiyyat orqanı...
“Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabı– Əlavə dəyər vergisi ilə bağlı bütün məlumatlar və müxabirləşmələr
Monitor Konsaltinq Servisin eksperti sərbəst Auditor Altay Cəfərovla hazırladığı yeni nəşr olana - “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabının nəşrə hazırlanması prosesində vergi ödəyicilərinin ƏDV ilə bağlı əməliyyatların həyata keçirilməsində qarşılaşdıqları çətinliklər, qanunvericilikdəki boşluqlar və ziddiyyətlər diqqətlə öyrənilib və onların geniş şərhinə əsaslanan sadə açıqlamalarla çıxış yolları göstərilib.
İnanırıq ki, “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabını oxuyandan sonra bu mövzuda sualınız qalmayacaq.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın