
Vakansiya! Mühasib işləmək istəyənlər üçün
400 manat net əmək haqqı təklif edilir
Şirkətin Adi: SOS Uşaq Kəndləri-Azərbaycan
Vəzifə: Mühasib
Yüklenib/ Son tarix: 31 iyul / 06 avgust
İş yeri: Other
Contact Email: [email protected]
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası beynəlxalq humanitar “SOS Kinderdorf” təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri və Ailələrə Dəstək Proqramı çərçivəsində bir sıra sosial layihələri uğurla fəaliyyət göstərir.
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir.
SOS Uşaq Kəndləri – Azərbaycan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən 2013-cü ilin İyul ayında Yevlax rayonunda Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi qayğı mərkəzinin yaradılmasına dair sosial sifariş almışdır.
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası Günərzi Qayği Mərkəzinin ümumi məqsədi hər bir uşağın sosial, emosional, fiziki, əqli inkişafını təmin etmək və onlar üçün ruhlandırıcı ətraf mühit yaratmaqla De-İnstitutlaşma və Alternativ Qayğı Dövlət Proqramının (2006-2015) səmərəli sürətdə həyata keçirilməsinə töhfə verməkdir.
Günərzi Qayğı Mərkəzi uşaqların yaş və psixoloji xüsusiyyətlərinə uyğun təlim-tərbiyə prosesini təşkil etməklə, ailə və cəmiyyətin tələbatını ödəyir, risk qrupuna aid olan uşaqların ahəngdar inkişafını və tərbiyəsini təmin edir, onların inkişafı üçün müxtəlif təlimlər həyata keçirir.
“SOS Uşaq Kəndləri-Azərbaycan”Yevlax Günərzi Qayğı Mərkəzi Xidməti Əsaslarla Mühasib vəzifəsinə elan verir!
Mühasib-xəzinədar layihədə ilkin mühasibat sənədlərinin düzgün qaydada toplanılmasına, bank və xəzinə əməliyyatlarının həyata keçirilməsi, avans hesabatlarının qəbulu və təhlilinə cavabdehdir.
İş Şərtləri:
Layihənin bitmə tarixi: 31.12.2013 (Maliyyə imkanlarından asılı olaraq uzadıla bilər)
Məşğullluq – tam
İş vaxtı – həftəlik 40 saat
Əmək Haqqı – 400 azn. (vergilər daxil olmaqla)
İş Yeri – Yevlax rayonu
Öhdəliklər:
Layihənin maliyyə fəaliyyətini həyata keçirmək
Layihənin xəzinədarlığının aparılması
Xəzinəyə daxil və xaric olan pul vəsaitlərinin qanunvericiliyə müvafiq olaraq qeydiyyatını aparmaq
Nəqd pul limitini təmin etmək, kassa kitabında gündəlik qeydlər aparmaq
Əmək haqqının hesablanması, ödənişini həyata keçirmək
Gündəlik və aylıq hesabatları hazırlamaq rəhbərliyə təqdim etmək
Mühasibat sənədlərini düzgün tərtib etmək
Yerli orqanlara maliyyə hesabatlarının verilməsini təmin etmək
Daxili təchizat qaydalarını yerinə yetirmək
Daxili kontrol sitemi həyata keçitmək və cavabdeh olmaq
SOS UK Azərbaycan Assosiasiyasının Davranış Kodeksinə və Uşaq Müdafiə Siyasəti qaydalarına riayət etmək
Minimum bilik, səriştə və keyfiyyətlər:
Maliyyə, iqtisadiyyat və ya mühasibat uçotu sahəsində ali təhsil
Minimum 3 il iş təcrübəsi
Mühasibat uçotu ilə bağlı yerli qanunvericilik sahəsində biliklər/təcrübə
Təhlil aparma qabiliyyəti
Xəzinədarlıq sahəsində biliklər
Ünsiyyət bacarığı
Gərgin şəraitdə işləmə bacarığı
Büdcə hazırlama təcrübəsi
Kompüter biliyi (MS Office)
Məsuliyyət hissi
Uyğun namizədlər CV-ni aşağıdakı e-mail ünvanına göndərə bilərlər (yalnız elektron ərizələr nəzərə alınır): [email protected]
Xahiş olunur, məktubun "SUBJECT" qrafasında "Mühasib/Xəzinədar" yazasınız.
Ərizələrin göndərilməsinin son tarixi : 6 Avqust 2013.
Mənbə:azerjobs.com
0 Komment
Şərh yazın