
Vakansiya! Özünə güvənənlər üçün, Əla imkan
İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı
Şirkətin Adi: FINCA Azerbaijan
Vəzifə: Kredit Verilməsi üzrə Nəzarətçi
Yüklenib/ Son tarix: 31 iyul / 19 avgust
İş yeri: Tovuz
Contact Email: [email protected]
FINCA Azerbaijan Qeyri-Bank Kredit Təşkilatı Tovuz filialının Qovlar ofisi üçün Kredit Verilməsi üzrə Nəzarətçi vəzifəsinə işçi axtarışı elan edir. Kredit Verilməsi üzrə Nəzarətçi kommersiya bank partnyorları tərəfindən həyata keçirilən kredit verilməsinə nəzarət üçün məsul olacaq. “FINCA Azerbaijan” Azərbaycan üzrə 140,000 nəfərdən cox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır.
Kredit Verilməsi üzrə Nəzarətçi vəzifəsi üçün tələb olunanlar:
Ali və ya texniki təhsil;
İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
Kompüter bilikləri (elementar səviyyədə);
Sadə riyazi və məntiqi biliklər;
Azərbaycan dilində sərbəst danışmaq və yazmaq;
Detallara diqqət yetirmə və yaxşı ünsiyyət qurmaq bacarığı:
Gərgin hallarda sərbəst qərar vermək qabiliyyəti;
Komanda ilə işləmək bacarığı.
FINCA Azerbaijan öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 19 Avqust 2013-cü il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№467/13) qeyd etməklə göndərə bilərsiniz.
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!
Yaxud aşağıda göstərilən ünvanlara təqdim edə bilərsiniz:
Ünvan:
Tovuz, H.Aslanov küç., (055) 455 25 82: (022) 315 45 66
Tovuz, Qovlar qəs., Vağzal küç., Toğrul Ticarət Mərkəzi, Tel: (02231) 5 90 69
FINCA Azerbaijan haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.
Mənbə:azerjobs.com
0 Komment
Şərh yazın