Vakansiya! Bankın Bakı və Sumqayıt filiallarında filial müdiri işləmək şansı

Vakansiya! Bankın Bakı və Sumqayıt filiallarında filial müdiri işləmək şansı

Ünsiyyət qurma, komandada işləmək və problemi həll etmə bacarığı olmalıdır

Şirkətin Adi: Expressbank
Vəzifə:     Filial müdiri
Yüklenib/ Son tarix:     26 iyul / 05 avgust
İş yeri:     Other
Contact Email:     [email protected]

Vəzifə: Filial müdiri (Bakı və Sumqayıt şəhərləri)

Filial müdirinə olan tələblər:

    Ali təhsil;
    Bank sahəsində 3 ilə qədər iş təcrübəsi (kredit sahəsində iş təcrübəsi mütləqdir, rəhbər vəzifədə iş təcrübəsi olanlara üstünlük verilir);
    Azərbaycan və rus dillərində səlist danışıq bacarığı;
    Ünsiyyət qurma, komandada işləmək və problemi həll etmə bacarığı;
    Liderlik qabiliyyətinin olması;
    İdarəetmə bacarığı.

Filial müdirinin vəzifə öhdəlikləri:

    Filialdakı satış və əməliyyat işlərini qurmaq və məhsuldar şəkildə istiqamətləndirmək;
    Filialda lazımi planlama və təşkilati işləri reallaşdırmaqla işlərin plana uyğun şəkildə aparılmasını təmin etmək;
    Filialda müştərilərə keyfiyyətli xidmət göstərmək və satışı təşkil etmək;
    Bankın ümumi strategiya və qaydalarına uyğunluğunu təqib və nəzarət etmək;
    Filialın işçilərinin normal iş şəraitində, səlahiyyətlərinə uyğun şəkildə işləməsini təmin etmək;
    Satış işlərini dəstəkləmək, əməliyyat qrupu ilə sıx əlaqədə olmaq və xidmətin keyfiyyətinə nəzarət etmək;
    Potensial müştəriləri müəyyən etmək və onları əldə etməyə çalışmaq.

Xahiş olunur yalnız “Expressbank” ASC -nin CV formasını, yuxarıda göstərilən tələblərə uyğun olaraq, doldurub göndərəsiniz. CV-ni göndərərkən başlıq hissəsində (subject) vakant olan vəzifəni qeyd etməyiniz xahiş olunur, əks halda CV-lər qəbul edilməyəcək.

Mənbə:azerjobs.com

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər