Vakansiya! Fincanın Baş ofisində işləmək imkanı

Vakansiya! Fincanın Baş ofisində işləmək imkanı

Seçilmiş namizədin Azərbaycanın rayon və şəhərlərinə tez-tez səfər etmək imkanı olmalıdır...

Şirkətin Adi: FINCA Azerbaijan
Vəzifə:     Daxili Nəzarət İnspektoru
Yüklenib/ Son tarix:     25 iyul / 25 avgust
İş yeri:     Baku
Contact Email:     [email protected]

FINCA Azerbaijan  Qeyri-Bank Kredit Təşkilatı BAŞ OFİSİ üçün  DAXİLİ NƏZARƏT İNSPEKTORU vəzifəsinə işçi axtarışı elan edir.

FINCA Azerbaijan Azərbaycan üzrə 140,000 nəfərdən çox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır.

Məqsəd:
Daxili Nəzarət İnspektoru kredit əməliyyatının fəaliyyət göstərdiyi bütün ərazilərdə işləyəcək və meneceri tərəfindən göstərildiyi kimi daxili siyasət və qaydalara uyğun şəkildə fəaliyyətin olmasını yoxlayıb siyasətə riayət olunmayan hallar haqqında Daxili Nəzarət Menecerinə hesabat verəcəkdir. Daxili Nəzarət İnspektoru təşkilatda olan digər biznes proseslərin yoxlanılmasını həyata keçirəcək və hər bir yoxlama nəticəsində hesabat təqdim edəcəkdir.

Daxili Nəzarət İnspektoru aşağıdakı əsas iş funksiyalarını icra edir:

    Bütün kredit əməliyyatlarının daxili siyasətə uyğun olmasını yoxlamaq;
    Digər biznes proseslərin yoxlanılmasını həyata keçirmək (maliyyə, inzibati, insan resursları, satın-alma və s.);
    Kassa əməliyyatlarına nəzarət etmək;
    İşçi Heyəti tərəfindən siyasət və qaydalara riayət olunmasını yoxlamaq;
    Yoxlama nətcəsi haqqında hesabat tərtib etmək və Daxili Nəzarət Menecerinə təqdim etmək.

Tələb olunan keyfiyyətlər:

    Kredit sahəsində, biznes kreditləri sahəsində təcrübəyə malik olmalı;
    Beynəlxalq şirkətdə maliyyə sahəsi üzrə kompüter proqramları daxil olmaqla muhasibat və maliyyə təcrübəsinə malik olmalı;
    Biznes/ kommersiya yönümlü olmalı;
    Kompüter proqramlarını bilməli (Microsoft Office);
    Yaxşı riyazi təhliletmə vərdişlərinə malik olmalı;
    Azərbaycanca sərbəst oxuyub yazmağı bilməli. Rus və ingilis dillərini bilənlərə üstünlük verilir;
    Hesabat yazma bacarıqları arzu ediləndir;
    Korporativ ünsiyyət vərdişlərinə malik olmalı.

Əlavə məlumat:

    Seçilmiş namizədin Azərbaycanın rayon və şəhərlərinə tez-tez səfər etmək imkanı olmalıdır.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı və ya CV 25 Avqust 2013-cü il tarixindən gec olmamaq şərtilə [email protected]  elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№440/13) qeyd etməklə göndərə bilərsiniz.

Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz;
Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.   Tel: (012) 596 33 85\86\87.
“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com  web səhifəsindən əldə edə bilərsiniz.

Mənbə:azerjobs.com

0 Komment

    Şərh yazın

    Xəbərlər